Gündəm
Genişmiqyaslı FETÖ əməliyyatı
Bu səhər Türkiyənin Balıkəsir, Malatya və Denizli vilayətlərində yeni FETÖ /PDY əməliyyatı keçirilib. Aparılan təhqiqat və istintaq hərəkətləri nəticəsində çoxlu sayda bir çox dövlət müəssisələrində və hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan şəxslər şübhəli qismində həbs ediliblər. Denizlidə 19, Malatyada 13 və Balıkesirdə 12 nəfər yüksək vəzifəli məmur həbs edilib. Hal-hazırda 16 şübhəli haqqında məhkəmə tərəfindən həbs qərarı çıxarılıb və onlar axtarışa veriliblər. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Ege dənizində zəlzələ
Ötən gecə saat 23 -00 radələrində Ege dənizinin Türkiyəyə yaxın bölgəsində 4.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Çeşmə yaxınlarında yerin 28 kilometr dərinliyində qeydə alınıb. Az da olsa yeraltı təkanlar İzmirdə, Aydında və Marmarisdə də hiss edilib. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Türklər Almaniyada partiya qurur
Almaniyadakı türklər öz səslərini duyurmaq üçün partiya quracaqlar. Yeni partiyaya Alman Demokratlar Birliyi adı verilib. Partiya Heesen, Reynland -Pfalts, Baden-Vyurtenburq. Reyn-Vestvalen vilayətlərində fəaliyyətə başlayacaq. Partiyanın qurucuları isə türk və almanlardan ibarətdir . Əsas rəhbərlər olaraq isə Mikhael Hink və Ahmet Çelik seçilib. Partiya sadəcə türklərlə deyil, Almaniyadakı bütün cəmiyyətlərlə əməkdaşlıq edəcəklərini bildiriblər. Hal-hazırda 2017- də Almaniyada keçiriləcək parlament və bələdiyyə seçkilərində iştirak etmək istiqamətində fəaliyyətlərə start verilib. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Pişikdən insana quş qripi yoluxub?
Nyu-Yorkda çox təhlükəli bir olay qeydə alınıb. Nyu-York bələdiyyəsinin sahibsiz heyvanlar mərkəzinin əməkdaşı olan bir baytar həkimi quş qripinə yoluxub.
Prezident hərbi məhkəmələri ləğv etdi
Qırğızıstan prezidenti Almzabek Atambayev hərbi məhkəmələrin ləğvini nəzərdə tutan qanun layihəsini təsdiq edib.
Avtobus qatarla toqquşdu: ölən və yaralananlar var
Tunisin şimal-şərqində avtobus qatarla toqquşub. Qəza nəticəsində 5 nəfər ölüb, 42 nəfər ciddi xəsarətlər alıb. Hadisə Nabul şəhəri yaxınlığında səhər saatlarında baş verib. Avtobus dəmir yolu xəttini keçərkən yüksək sürətlə hərəkət edən qatar qəza törədib. Məlumata görə, yaralananlar arasında azyaşlılar və 8 hərbçi də var. Hadisə ilə bağlı araşdırma aparılır. Trend.az
Facebookdan TERROR XƏBƏRDARLIĞI
Facebook sosial şəbəkəsinin təhlükəsizlik bölməsi Taylandda terror törədiləcəyi haqda məlumat yayıb. Facebook Banqkokda bombalı hücumun olacağıyla bağlı bölgədəki istifadəçilərinin etibarlı yerdə olub-olmamalarını bilmələri üçün təhlükəsizlik funksiyasını aktivləşdirib.
Saxta brendlər - Azərbaycanlı alıcı necə aldadılır?
Bu gün Azərbaycan insanı hər addımda aldadılır. Yediyimizin, içdiyimizin, geyindiyimizin keyfiyyətinə kimsə cavabdehlik daşımır. Daşıyanlar da gözdən pərdə asırlar. Əhali arasında nə isə hərəkətlilik hiss edəndə "hər şey nəzarət altındadır" deməklə işi bitirirlər.
2016-cı ildə sahibkarlara 190 milyon manat güzəştli kredit verilib
Dekabrın 28-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu Xırdalan şəhərində keçirib.
Dünya Bankı Azərbaycanın sosial müdafiə sistemi haqda
Sosial müdafiə sistemi insan hüquqlarının müdafiəsinin ən fundamental parçası kimi qiymətləndirilə bilər. Bu sistem insan hüquqlarının təminatında, yoxsulluğun azaldılmasında, insan kapitalının artırılmasında mühüm rol oynamaqla, daxili məcmu istehlakı stimullaşdırır, iqtisadi inkişafı və siyasi sabitliyi təmin edir. Sosial müdafiə sisteminə yönəldilən xərcləri isə passiv xərclər kimi deyil, iqtisadiyyata və stabilliyə qoyulan investisiya kimi qiymətləndirmək lazımdır. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul olunması ilə ölkəmizdə ilk Ombudsman institutunun yaradılmasının 15 illiyi münasibəti ilə keçirilən tədbirdə bildirib.
“Azərbaycan” Nəşriyyatı icarə haqlarını 36 faiz artırdı
“Azərbaycan” Nəşriyyatının binasında yerləşən redaksiyalar və digər təşkilatlar üçün nəzərdə tutulmuş icarə haqları artırılıb.
SOCAR: Magistral kəmərdə baş verən qəza texnogen xarakter daşıyır
Dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən magistral qaz kəmərində baş vermiş hadisənin səbəbləri araşdırılır. SOCAR-dan verilən məlumata görə, ilkin baxış bir neçə versiyanı nəzərdən keçirməyə imkan verir: "2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması, yaxud kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları nəzərdən keçirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir". Araşdırma işləri yekunlaşdıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcək. Apa.az
300 müəllimin imtahandan sıfır qiyməti almasıyla bağlı NAZİRLİKDƏN AÇIQLAMA
"Artıq iki gündür ki, bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə sıfır bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir. Əsas istinadı hansısa facebook postu olan bu "məlumatların", təəssüf edirik ki, heç bir rəsmi istinad mənbəyi yoxdur, deməli, həm də həqiqəti əks etdirmir". Bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.
Qarın piylərini yandıran təbii və güclü antibiotiklər
Bal, limon və darçın immuniteti möhkəmləndirən təbii “antibiotiklərdir”. Bu 3 ərzaq həm sağlamlıq üçün, həm də artıq çəki ilə mübarizədə faydalıdır. Məşhur diyetoloq Alissa Rumseyin sözlərinə görə, bal və darçını limonlu isti su ilə qarışdırıb içmək artıq çəki ilə mübarizədə, xüsusi ilə də qarın piylərinin yandırılmasında daha effektli nəticə verir. Ekspert bildirib ki, darçın, iltihab önləyici təsirə malikdir və antioksidantlarla zəngindir. Eyni zamanda diabet xəstələrində xolesterin səviyyəsini aşağı salır.
“AZƏRTAC”-ın rəhbərinin vəsiqələri satışa çıxarıldı - FOTOFAKT
47 il Azərbaycan teleqraf agentliyinə (Azerinform) rəhbərlik etmiş Yefim Qriqori Qurviçin medalları, deputat nişanı, bileti və ona aid bir çox sənədlər, təbrik məktubları auksiona çıxarılıb.














