Pişikdən insana quş qripi yoluxub?
Nyu-Yorkda çox təhlükəli bir olay qeydə alınıb. Nyu-York bələdiyyəsinin sahibsiz heyvanlar mərkəzinin əməkdaşı olan bir baytar həkimi quş qripinə yoluxub.
28 Dekabr 2016 16:32 DünyaNyu-Yorkda çox təhlükəli bir olay qeydə alınıb. Nyu-York bələdiyyəsinin sahibsiz heyvanlar mərkəzinin əməkdaşı olan bir baytar həkimi quş qripinə yoluxub. Aparılan yoxlama zamanı həkimə xəstəliyin bir qanadlı heyvandan deyil, bir pişikdən keçdiyi müəyyən edilib. Nyu-York əyalət tibbi xidmətlər müdürlüyü heyvanlarla təmasda olan 162 nəfəri müayinə edib və sadəcə bir baytar həkimində H7N2 tapılıb. Xəstələnən pişiyin Nyu-York bələdiyyəsinə aid olan sahibsiz heyvanların saxlanma mərkəzində profilaktik tədbir olaraq tələf edildiyi bildirilir. Mərkəzdə saxlanan bütün heyvanlardan laboratoriya
təhlilləri üçün qan örnəkləri alınıb. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.