Türklər Almaniyada partiya qurur
Almaniyadakı türklər öz səslərini duyurmaq üçün partiya quracaqlar. Yeni partiyaya Alman Demokratlar Birliyi adı verilib. Partiya Heesen, Reynland -Pfalts, Baden-Vyurtenburq. Reyn-Vestvalen vilayətlərində fəaliyyətə başlayacaq. Partiyanın qurucuları isə türk və almanlardan ibarətdir . Əsas rəhbərlər olaraq isə Mikhael Hink və Ahmet Çelik seçilib. Partiya sadəcə türklərlə deyil, Almaniyadakı bütün cəmiyyətlərlə əməkdaşlıq edəcəklərini bildiriblər. Hal-hazırda 2017- də Almaniyada keçiriləcək parlament və bələdiyyə seçkilərində iştirak etmək istiqamətində fəaliyyətlərə start verilib. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
28 Dekabr 2016 16:34 DünyaAlmaniyadakı türklər öz səslərini duyurmaq üçün partiya quracaqlar. Yeni partiyaya Alman Demokratlar Birliyi adı verilib. Partiya Heesen, Reynland -Pfalts, Baden-Vyurtenburq. Reyn-Vestvalen vilayətlərində fəaliyyətə başlayacaq. Partiyanın qurucuları isə türk və almanlardan ibarətdir . Əsas rəhbərlər olaraq isə Mikhael Hink və Ahmet Çelik
seçilib. Partiya sadəcə türklərlə deyil, Almaniyadakı bütün cəmiyyətlərlə əməkdaşlıq edəcəklərini bildiriblər. Hal-hazırda 2017- də Almaniyada keçiriləcək parlament və bələdiyyə seçkilərində iştirak etmək istiqamətində fəaliyyətlərə start verilib. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.