Facebookdan TERROR XƏBƏRDARLIĞI

Facebook sosial şəbəkəsinin təhlükəsizlik bölməsi Taylandda terror törədiləcəyi haqda məlumat yayıb. Facebook Banqkokda bombalı hücumun olacağıyla bağlı bölgədəki istifadəçilərinin etibarlı yerdə olub-olmamalarını bilmələri üçün təhlükəsizlik funksiyasını aktivləşdirib.

Xüsusiyyətin aktivləşməsinə Banqkokdakı hökumət binasına molotov kokteyli atan bir etirazçının səbəb olduğu məlum olub.

Bu vaxt partlayışla əlaqədar bir video paylaşılıb. Ancaq bunun 2015-ci ildə Banqkokda meydana gələn partlayışa aid olduğu müəyyən edilib.

İstifadəçilərin özlərini "təhlükəsiz" olaraq xəbərə işarələmələri isə Facebook-un yanlışlığa yol verdiyini ortaya çıxarıb. Bu barədə Milli.Az BBC-yə istinadən xəbər verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31