Gündəm
Elçin Hüseynbəyli gənc yazarlarla görüşdü
Böyük siyasətin mürəkkəb oyunları: Trampın kadr siyasəti və reallıqlar
ABŞ-ın yeni prezidentinin yüksək vəzifələrə təyin edəcəyi namizədlərin hər biri dünya mediasında ciddi müzakirə obyektinə çevrilir. Bu, bir tərəfdən, Amerikanın ən güclü dövlət olması ilə bağlıdırsa, digər tərəfdən, namizədlərin şəxsiyyətləri ilə əlaqəlidir. Bu sırada dövlət katibliyinə təyin edilə biləcək biznesmen Reks Tillersonun adı ətrafında kifayət qədər geniş müzakirələr başlayıb. Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, onun Rusiya Prezidenti V.Putinlə şəxsi dostluq münasibətlərinin olması haqqında informasiyaların yayılması müəyyən ajiotaj yaradıb. Bu, MKİ-nin Amerikadakı seçkilərə Kremlin təsir etməsi ilə bağlı ifadə etdiyi fikirlərin fonunda Qərb siyasi təfəkkürü üçün xeyli qıcıqlandırıcı görünür. Çünki belə nəticə çıxır ki, Amerika kimi qüdrətli ölkədə siyasi hakimiyyətin seçilməsində Moskvanın rolu var! Buna inananlar da, inanmayanlar da ola bilər. Ancaq əsas odur ki, belə informasiyalar Qərb siyasi dairələrinə istər-istəməz təsir edir. Bu mənada həmin məlumatların məqsədli şəkildə hallandırıldığı barədə düşünmək olar. Məhz bu kimi tezislərin işığında D.Trampın kadr siyasəti necə təsir bağışlayır?
Hər bir Azərbaycan gənci, vətəndaşı vətənpərvər olmağa məhkumdur
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman qarşıda duran əsas prioritetlərdəndir. Son illər bu istiqamətdə istər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları səviyyəsində təqdirəlayiq addımlar atılır.Həyata keçirilən məqsədyönlü tədbirlərin göstəricisidir ki, artıq regionlarda da sözün həqiqi mənasında milli şüura malik, vətənpərvər gənclər böyüyür. Elə region gəncləri də bu istiqamətdə həyata keçirilən tədbirlərdən, gənclərin vətənpərvər ruhda böyüməsi üçün görülən işlərdən razılıq ifadə edirlər. Elə Qaradağ rayonunun fəal gənclərindən olan Azər Məmmədov da bu qənaətdədir.
Bakı sakininin pilləkəndən yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb
Bakı sakininin pilləkəndən yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi açılıb. Bakı şəhər prokurorluğundan verilən məlumata görə, 9 dekabr 2016-cı il tarixdə saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “Küləfirəngi” restoranının qarşısında Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Qaraxan Ağayevin təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilməsi və dekabrın 21-də orada vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vergilər Nazirliyi işçi axtarır
Vergilər Nazirliyi ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant vəzifələrə işə qəbul üzrə müsabiqə elan edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, müsabiqədə, bir qayda olaraq, hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar qəbul edilirlər.
Terror aktı planlaşdıran şəxs saxlanılıb
Fransada Yeni il ərəfəsində terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Tutulan şəxsin ölkənin cənub-qərbində terror aktı planlaşdırdığı məlum olub.
Hər bir azərbaycanlı yaşadığı ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməlidir
Azərbaycan prezidenti İlham Əliyev Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayının iştirakçılarına müraciət edib. Məlumata görə, müraciəti prezidentin köməkçisi, PA-nın İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov oxuyub. Müraciətdə deyilir: "Sizi Ümumrusiya Azərbaycan Konqresinin növbəti, IV Qurultayının işə başlaması münasibətilə təbrik edir, ali toplantınıza uğurlar arzulayıram.
Gənc Tamaşaçılar yeni mövsümdə
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2017 – il üçün repertuar proqramını təqdim etdi.
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi bina tikirsə, SOCAR işçiləri də müəllimlik, həkimlik etməlidir
Azərbaycanda dövlət strukturlarında baş verən özbaşınalıqlar, korrupsiya halları heç kimə sirr deyil. Bir sıra nazirliklərin, dövlət qurumlarının külli miqdarda büdcə vəsaitinin mənimsənilməsinə hesablanmış tikinti sifarişləri də məhz bu qəbildəndir.
Ermənistanın ikiüzlü siyasəti tənqid edildi - Ukraynada
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu İdarə Heyətinin növbəti iclasında BMT Baş Assambleyasının Sosial-humanitar və mədəni məsələlər üzrə Üçüncü Komitəsində səsverməyə çıxarılan Krımla bağlı qətnamə müzakirə edilib. UABD-dən bildirilib ki, müzakirələrdə Ermənistanın ikiüzlü siyasəti kəskin tənqid edilib. Vurğulanıb ki, Ermənistanın apardığı siyasət keçmiş Sovet respublikaları arasında ayrı-seçkilik yaratmaq məqsədi güdür, Azərbaycan, Ukrayna, Gürcüstan və digər ölkələrin ərazi bütövlüyünün pozulmasına yönəlib.
“İran Ermənistan üçün narahatdır” – Deputat
Ermənistan və İran münasibətləri uzun müddətdir ki, davam edir. İqtisadiyyat və enerji sahəsində Ermənistana ən çox dəstək verən dövlət İrandır. Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə Ermənistanın İranla azad iqtisadi zona yaratmaq istəyini şərh edərkən deyib. Deputat bildirib ki, İran Ermənistana bir çox sahələrdə dəstək verir: “Hesab edirəm ki, bu Azərbaycanda artıq hamıya bəlli olan bir məqamdır. İran Ermənistan üçün narahatdır və ona görə də onu bütün sahələrdə dəstəkləməyə çalışır”. A. Mollazadənin fikrincə, azad iqtisadi zonanın yaradılması Ermənistan-İran qardaşlığının yeni bir təzahürüdür.
Dörd keçmiş nazir FETÖ ilə əlaqələndirilir
İstanbulda keçmiş nazirlər Bülent Arınç, Hüseyin Çelik, Suat Kılıç ve Sadullah Ergin haqqında hazırlanan şikayət dosyesi Ankara Baş Prokurorluğuna göndərilib. Vəkil Burak Bekiroğlunun İstanbul Cümhuriyyət Baş Prokurorluğuna verdiyi şikayət ərizəsində 4 keçmiş nazirin Fətullah Gülənin “hizmət” şəbəkəsi ilə əlaqəli olduqları iddia edilir.
“Atatürkü inkar etmək olmaz”
Bir çox ölkələrdə Atatürk mərkəzləri fəaliyyət göstərir. Azərbaycanda da bu mərkəz 2001-ci ildə fəaliyyətə başlayıb. Lakin Türkiyənin indiki hakimiyyətinin apardığı siyasət nəticəsində Atatürk mərkəzlərinin fəaliyyətində ləngimələr müşahidə olunmaqdadır. Türkiyədə gedən proseslərin nəticəsi olaraq, Azərbaycandakı Atatürk Mərkəzinin fəaliyyətində axsamalar varmı? Eyni zamanda, uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərən Atatürk Mərkəzinin işi necə gedir?Azərbaycandakı Atatürk Mərkəzinin rəhbəri, deputat Nizami Cəfərov Modern.az-a açıqlamasında mövzuya aydınlıq gətirib.
Güclü zəlzələ baş verib
Nevada ştatında Kaliforniya ilə sərhəd yaxınlığında 5,8 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Hotorn şəhərindən 29 km uzaqlıqda qeydə alınıb. Zəlzələnin ocağı 19 km dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.Bu barədə "Report" "Reuters"ə istinadən məlumat verib.
Türkiyədə daha 34 hərbçi həbs edildi
Türkiyənin 22 əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində daha 34 nəfər hərbçi həbs edilib. Əməliyyatın keçirilməsi üçün Ankara Şəhər Prokurorluğu sanksiya verib. İnformasiyaya əsasən, onların 4-ü zabit, 30-u isə gizirdir. Report.az














