Gündəm
ADU-da görüş keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev və universitet rəhbərliyinə daxil olan şəxslər Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Tərcümə, Filologiya və Jurnalistika, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri ilə görüşlər keçirib. 21-28 dekabr 2016-cı il tarixlərində keçirilən görüşlərdə 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının şəffaf və normativ sənədlərə uyğun keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Ə.Abdullayev imtahan sessiyası dövründə yarana biləcək hər hansı problemi dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədi ilə universitetdə Operativ Qərargah yaradıldığını tələbələrin nəzərinə çatdırıb. O, tələbələri əmin edib ki, biliyin qiymətləndirilməsində obyektivlik və şəffaflıq tam təmin ediləcək, imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək.
Çövkən Milli Atüstü Oyunu üzrə “Prezident Kuboku” başa çatıb
“Binə Atçılıq Mərkəzi”nin qapalı manejində əvvəlcə 3-cü yer uğrunda görüş keçirilib. “Qarabağ” komandası “Köhlən” kollektivini 2-0 hesabı ilə məğlub edərək bürünc medalları qazanıb. Ardınca yarışın final oyununa start verilib. Meydana “Sərhədçi” və “Polad” komandaları çıxıblar. “Sərhədçi” komandası 1-0 hesabı ilə qalib gələrək “Prezident Kuboku”nun sahibi olub.
Nəhəng universitet qapılarını BBMM-in üzünə açdı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Portuqaliyanın tanınmış ali təhsil müəssisəsi Lusofona Universitetində sözügedən fənnin növbəti dəfə bu dəfə professor Gülnar Hüseynzadə tədris etdi.
341 xarici gəmidə uyğunsuzluq aşkar edilib
2016-ci ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 132 gəmidə və xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidə nəzarət yoxlaması həyata keçirilib. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidən 26-sı Rusiya Federasiyasına, 19-u İran İslam Respublikasına, 4-ü Qazaxıstan Respublikasına və 11-i Türkmənistan Respublikasına məxsus olub. Xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə ümumilikdə 341 uyğunsuzluq halı aşkar edilib.
27 gəmiyə “Mülkiyyət hüququ haqqında Şəhadətnamə” verilib
Cari ildə Dövlət Dəniz Administrasiyası tərəfindən “Gəmi və liman vasitələrinin mühafizəsinə dair” Beynəlxalq Məcəllənin (ISPS Code) tələblərinə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 30 gəmidə yeniləmə və 27 gəmidə ilkin yoxlama keçirilib və bu gəmilərə “gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında” Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnamə” verilib. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 13 gəmidə ara yoxlaması keçirilib.
İl ərzində Azərbaycanın dəniz limanlarına 18585 gəmi daxil olub
2016-cı il ərzində Azərbaycan Respublikasına mənsub dəniz limanlarında 18585 gəminin girişi və 18373 gəminin çıxışı rəsmiləşdirilib, 3549 gəmi jurnalı təsdiq edilərək təhvil verilimiş və xarici dövlətin bayrağı altında üzən 1668 gəmiyə bələdçi xidməti göstərilib. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi Tərəfindən xarici dövlət bayrağı altında üzən Azərbaycan Respublikasına səfər edən 1105 gəminin və Azərbaycan Respublikasının ərazi sularında keçən 630 gəminin naviqasiya ötürülməsi təmin edilib.
Abşeronda mağaza yanıb
Abşeron rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 120 m² olan ərzaq mağazasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə mağazanın yanar konstruksiyaları 90 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Səbaildə yanğın qeydə alınıb
Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 4 m² olan tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın dam örtüyünün yanar konstruksiyaları yanıb. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Avtomobil yolu keçən qızı vurub
Dekabrın 27-də Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, yolu keçmək istəyən piyadanı avtomobil vurub. Hadisə Sabunçu rayonu şəhər sossesində qeydə alınıb. Yolu keçmək istəyən Fərzəliyeva Zülfiyyə Ramiz qızını Vaz 2106 markalı avtomobil vurub. Hadisədən sonra sürücü özü yaralını xəstəxanaya gətirib. Həkimlər ona tibbi yardım göstərib. Zülfiyyə Fərzəliyevanın həyatı üçün təhlükə olmadığı bildirilib. Polis əməkdaşları sürücünün ifadəsini alıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar avtotexniki ekspertiza təyin olunub. Ekspertlərin rəyindən sonra sürücünün əməlinə hüquqi qiymət veriləcək.
Aksiz markasız siqaretlər aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan 22.600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Külli miqdarda pirotexniki vasitələr aşkar edilib
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3424 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Oğurluğa cəhd edən dəstə zərərsizləşdirilib
Sabirabad rayonunda oğurluğun qarşısı alınıb. DİN-dən verilən məlumata görə, dekabrın 26-da Sabirabad rayonunun Osmanlı dəmir yolu stansiyasının ərazisindən 70 ədəd rels birləşdiricisini oğurlamağa cəhd göstərmiş Şirvan şəhər sakini Məhərrəm Orucov və Sabirabad rayon sakini Şahin Mustafayev Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq Şirvan Xətt Polis Şöbəsinə təhvil veriliblər.
Abşeronda evi qarət edənlər saxlanıb
Abşeron rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Kriminalistik Təhqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 19-da İsa Rüstəmovun evindən 9500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Sənan Bəndəlizadə və Gürcüstan vətəndaşı Vüqar Bayramov tutulublar. Araşdırma aparılır.
Paytaxtda qətl törədənlərdən biri tutulub
Bakıda qətl törədən şəxslər müəyyən edilib. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Bakı şəhər sakini Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Elçin Həsənov tutulub. Daha bir nəfər isə müəyyən edilib.
Əli Həsənov: "Əminəm ki, bu qurultay Ümumrusiya Azərbaycan Konqresinin tarixində mühüm mərhələ olacaq"
"Əminəm ki, budəfəki forum Ümumrusiya Azərbaycan Konqresinin tarixində mühüm mərhələ olacaq, bu qurultay Rusiyada yaşayan həmvətənlərimizin mədəni-mənəvi cəhətdən daha sıx birləşməsinə şərait yaradacaq və əlbəttə, iki ölkə və iki xalq arasında qarşılıqlı anlaşmanın və dostluğun dərinləşməsinə xidmət edəcək".














