Gündəm
Tanınmış futbolçu karyerasını bitirdi
"River Pleyt"in hücumçusu Fernando Kavenagi karyerasını bitirmək qərarına gəlib. Argentinalı 33 yaşında bu fikrə gəlib. Karyerasının böyük hissəsini Avropada keçirən, "Bordo", "Vilyarreal", "Malyorka" kimi klubların formasını geyinən tanınmış futbolçu dördqat Argentina çempionu olub, həmçinin Libertadores Kubokunu, Fransa və Kipr çempionluqlarını qazanıb. Qeyd edək ki, Fernando Kavenagi karyerası ərzində Argentina millisinin heyətində 4 oyun keçirib. Apasport.az
"Leo Messiyə qarşı ancaq dua etməlisən"
"Yuventus"un və İtaliya millisinin təcrübəli müdafiəçisi Ciorcio Kyellini Ronaldu və Messi haqda danışarkən maraqlı etirafı iə diqqət çəkib. Məşhur müdafiəçi dünyanın ən güclü iki futbolçusuyla bağlı "Hansı güclüdür?" sualına belə cavab verib:
"Azəriqaz"dan əhaliyə xəbərdarlıq
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi dekabrın 31-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində işləyəcək. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli "qaynar xət"lərin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihə təsdiq edildi
Prezident İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.
Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib
Ümumrusiya Azərbaycan Konqresinə (ÜAK) yeni prezident seçilib. Məlumata görə, ÜAK-ın IV Qurultayında keçirilən səsvermədə tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti olub. Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib. Apa.az
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Müəllimlərin maaşlarının hesablanması üçün onlayn kalkulyator istifadəyə verilib
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidməti istifadəyə verilib.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyası 2016-cı ildə son iclasını keçirib. Şuradan verilən məlumata görə, iclasın gündəliyinə 6 məsələnin daxil edilməsi qərarlaşdırılıb.
80 yaşlı Tarix İnstitutu hazırda öz intibahını yaşayır
Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın 2016-cı il üzrə son iclası keçirilib. İclasda şura üzvləri AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elanla tanış ediliblər.
Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 5-dək daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.
Prezident Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.
Xarkov polisi bizə kömək etmir, “Azov” batalyonu isə hədələyir
Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamlarına hücum edən “Azov” batalyonunun hərbçilərinin axtarışı dayandırılıb. Azərbaycanlı iş adamları buna etiraz olaraq polis idarəsi qarşısında etiraz aksiyası keçiriblər.
Gürcüstanda azərbaycanlı qadın ərini öldürdüyünü etiraf edib
Gürcüstanın Marneuli rayonunun Təzəkənd sakini 23 yaşlı Türkan Tahir qızı Kərimova polisə ilkin ifadəsində 33 yaşlı əri Ruslan Telman oğlu Kərimovunu qətlə yetirdiyini etiraf edib. Məlumata görə, qadın bu addımı özünü və 3 azyaşlı övladını qorumaq üçün atdığını bildirib. İfadədə bildirilib ki, əri onu və uşaqlarını öldürməklə hədələyirmiş.
Gənc alim ixtiralarına görə iki patentə layiq görülüb
Azərbaycan Respublikasının ərazisində xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq oluna bilən təbii seolitlərin böyük ehtiyatları mövcuddur. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Sorbsiya prosesləri” laboratoriyasında Naxçıvanın mordenit seoliti tədqiq etmək, eyni zamanda tətbiq sahələrini müəyyənləşdirmək aktual və perspektivli mövzulardan biri kimi aparılan tədqiqatlarda elmi əsaslarla öyrənilir. Qeyd edək ki, aparılan tədqiqatlarda əsas məqsəd qeyri-üzvi birləşmələrin quruluşlarının öyrənilməsi və onun əsasında yeni materialların məqsədli sintezinin həyata keçirilməsindən ibarətdir.
Mərkəzi Elmi Kitabxanada iki kitabın təqdimatı olub
AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun və Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın birgə hazırladıqları “Müstəqillik yollarında: Liderlik missiyası” adlı kitabın və həmin institutun Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun “Naxçıvan teatrında tərcümə əsərlərinin tamaşaları (1883-2013)” adlı monoqrafiyanın təqdimatı olub.













