Gündəm

İŞİD-in əsas komandirlərindən biri öldürüldü

29 Dekabr 2016 11:11

Suriyada Koalisiyanın hava zərbələri zamanı İŞİD-in əsas komandirlərindən biri məhv edilib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Agentliyin sözçüsü bildirib ki, İŞİD terror qruplaşmasının komandiri Əbu Candal əl-Kuveyti Suriyanın Rakka şəhərindən 40 kilometr aralıda yerləşən Fərat çayının yaxınlığında öldürülüb. Agentliyin məlumatına görə, o, bu şəhərdə qruplaşmanın əsas komandirlərindən biri idi.

ABŞ-da hərbi vertolyot qəzaya uğrayıb

29 Dekabr 2016 11:10

Birləşmiş Ştatların Texas ştatının Pasadena şəhəri sahillərində göyərtəsində iki nəfərin olduğu "Apache" tipli hərbi vertolyot qəzaya uğrayıb. Bu barədə KHOU telekanalı məlumat yayıb. Məlumata görə, hadisə yerinə yanğınsöndürən briqadalar yollanıb. Regional fövqəladə hallar xidmətləri axtarış işlərinə başlayıblar. Report.az

2016-cı il Suriya əhalisi üçün ən faciəli il olub

29 Dekabr 2016 11:08

2016-cı il Suriyanın mülki əhalisi üçün ən faciəli il olub. Bu barədə BMT-nin Xəbərlər Xidmətinə müsahibəsində Suriyadakı hadisələrin araşdırılması üzrə Müstəqil Beynəlxalq Komissiyanın rəhbəri Paulu Pinyeyru bildirib. Onun sözlərinə görə, başa çatmaqda olan ildə mülki əhaliyə münaqişənin bütün iştirakçıları tərəfindən rekord sayda hücum olub. Report.az

47 yaşlı Cey Lo sevgilisini gizlətmir

28 Dekabr 2016 20:47

Son günlər şou dünyasında ən gözlənilməz xəbər Cennifer Lopezlə Dreykin yaxınlaşmasıdır. Məlumata görə, bu xəbərdən sonra Dreykin keçmiş sevgilisi Rihanna da Cey Loya sərt reaksiya göstərərək onun İnstaqram profilini izləmədən çıxarıb.

Bronlama sistemlərindəki boşluq məlumatları dəyişdirməyə imkan verir

28 Dekabr 2016 19:40

Hava sərnişinlərinin əksəriyyəti hakerlər tərəfindən biletlərin bronu üçün sifarişin asanlıqla dəyişdirilməsi və ya reysin ləğv edilməsi barədə heç düşünmürlər. Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Karsten Nol deyir ki, yük təyyarələri müştərilərin səyahət planlarının işlənməsi üçün köhnə qorunmamış sistemlərdən istifadə edir.

“Microsoft” kapitallaşma dəyəri 1 trilyon dollar təşkil edən ilk şirkət ola bilər

28 Dekabr 2016 19:15

"Microsoft" yaxın gələcəkdə 1 trilyon dollarlıq bazar kapitallaşmasına malik ilk şirkət ola bilər. Bu barədə ABŞ analitiklərinin hesabatında deyilir.

Bakteriyalar metabolizmi ilə işləyən kağız batareya yaradılıb

28 Dekabr 2016 19:03

Alimlər kağız vərəq üzərində xüsusi bakteriyalarla işləyən qatlanan batareya yaradıblar. mütəxəssislərin sözlərinə görə, batareyanın yaradılması üçün dünyanın istənilən yerində əldə edilməsi mümkün olan sadə elementlər lazımdır. Alimlər xromatoqrafiya üçün kağızı gümüş nitratı ilə hopduraraq yuxarıdan onu mumla bağlayıblar. Batareyanın digər tərəfində keçirici polimerdən hazırlanan bakteriyalı mayenin doldurulması üçün yer var. Qatlanan zaman üst tərəfi bir-birinə toxunan batareya bakteriyalar metabolizmi sayəsində işləməyə başlayır.

Dünyanın ən yaxşı bombardiri

28 Dekabr 2016 19:00

2016-cı ilin ən məhsuldar futbolçusu açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il başa çatan çempionatların yüksək liqalarında ən çox qol vuranların yekun siyahısını tərtib edib.

Ən yaxşı qadın klubunun adı açıqlandı

28 Dekabr 2016 18:55

2016-cı ilin ən yaxşı qadın klublarının adları müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi "Lion" olub.