"Anne" serialında ana-qız olduğumuzu unuduruq"
28 Dekabr 2016 20:02 DünyaStar TV-də yayımlanan "Anne" serialında rol alan iki aktrisa - Vahide Perçin və Alize Gördüm bir məkandan çıxarkən görünüblər. Məlumata görə, onların yanında Vahidenin keçmiş əri, Alizenin atası Altan Gördüm də yer alıb. Altan jurnalistləri görüncə oradan uzaqlaşıb. V.Perçin serialda onunla birgə çəkilən qızının aktrisalığı haqda danışıb: "Alizenin aktrisalığını başqaları dəyərləndirsin. Mən dəyərləndirə bilmərəm. Biz hər şey etdik. Bundan sonrası onun görəcəyi iş... Tamaşaçı qərarını verəcək". Alize isə "Anamla birgə çəkilmək mənim üçün şərəfdir. Çəkilişlərdə ana deyə bir şey yoxdur, ustad var. Ona görə də mən ona ana, o, mənə qızı kimi baxmır" deyib. Bu barədə Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31