Gündəm

İtaliya polisi Anis Amrinin evində axtarış aparıb

29 Dekabr 2016 11:49

İtaliya polisi Berlində 12 nəfərin ölümü ilə nəticələnən terror aktının tunisli icraçısı Anis Amrinin İtaliyada yaşadığı ehtimal edilən evində axtarışlar aparıb. İtalyan polislərin xüsusi əməliyyatı paytaxt Romadan cənub-şərqdə yerləşən Apriliya şəhərində baş tutub. Axtarışların nəticəsi barədə ictimaiyyətə dəqiq məlumatlar verilməsə də, polis araşdırmalardan sonra rəsmi informasiya verəcəyini bildirib. Xatırladaq ki, ötən həftə tunisli Anis Amri Polşa dövlət nişanlı yük avtomobili ilə Berlində yeni il yarmarkasına toplaşmış kütlənin üzərinə yüksək sürətlə hərəkət edib. O, həmin avtomobilin sürücüsünü də qətlə yetirib.  Bu barədə SİA “Le Figaqo”ya istinadən xəbər verir.

Qənaət edilmiş qaz TAP və TANAP vasitəsilə Avropaya ixrac olunacaq

29 Dekabr 2016 11:46

Qaz təchizatında Bakı şəhərində itkilərin azaldılaraq Avropanın qazpaylamadakı müqayisəli itki səviyyələrinə çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb. Sənəddə qeyd edilib ki, qazın paylanması zamanı baş verən itkilərdən əlavə, mövcud qazpaylama sistemində həmin dövrdə bütün istifadəçilərin sayğaclardan istifadə etməsi ilə səmərəli fəaliyyət tam təmin ediləcək.

Məktəbdə BİABIRÇILIQ: müəllim qızın şalvarını çıxardıb sinifdə gəzdirdi - VİDEO

29 Dekabr 2016 11:44

Türkiyədəki məktəblərin birində biabırçı olay yaşanıb. Antalyadakı məktəblərin birində valideynlər 2-ci siniflərə dərs deyən müəllim D.L.-dən şikayət ediblər. Onlar bildiriblər ki, müəllim şagirdlərindən birinin şərəf və ləyaqətini alçaldıb.

Gələn il keçiriləcək imtahanlarda 15 minə yaxın nəzarətçi iştirak edəcək

29 Dekabr 2016 11:42

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək şəxslər haqqında məlumatların “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminə daxil edilməsi prosesini yekunlaşdırıb.

3 mütəşəkkil qrup ifşa edilib

29 Dekabr 2016 11:39

Ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya hallarına, “qara bazar” adlandırılan və rəsmi valyuta məzənnəsi ilə hesablaşmayan alternativ valyuta bazarının fəaliyyətinə dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə araşdırılarkən hər biri 10 milyonlarla ABŞ dolları məbləğində xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirərək qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmiş 3 mütəşəkkil qrupun silsilə cinayət əməlləri ifşa edilib, hüquqazidd fəaliyyətlərinin qarşısı alınıb.

Yol polisindən xəbərdarlıq

29 Dekabr 2016 11:36

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı sürücülərə və piyadalara müraciət edib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev  bildirib ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı beş qeyri-iş günü ilə əlaqədar regionlara, ayrı-ayrı rayonlara gedən əhalinin sayı çox olacaq: "Bununla əlaqədar yollarda, xüsusilə də respublika əhəmiyyətli yollarda nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunacaq.

Jurnalistlər üçün PR tur təşkil edilib

29 Dekabr 2016 11:33

“Excelsior Hotel & Spa Baku” otelində jurnalistlər üçün “AtaHolding” Şirkətlər Qrupunun kommunikasiyalar sahəsində fəaliyyətinin yekunlarının təqdimatı ilə PR tur keçirilib.

Fuad Muradov seçicilərini qəbul edib

29 Dekabr 2016 11:32

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə 30 seçici ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətəndaşları qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

Mövqelərimiz atəşə tutulub

29 Dekabr 2016 11:30

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.

FHN gücləndirilmiş iş rejiminə keçib

29 Dekabr 2016 11:28

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib. Nazirlikdən verilən məlumata görə, bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb. Apa.az

Köhnə qaz xətlərinin yenilənməsinə 1,5 mlrd. manat xərclənəcək

29 Dekabr 2016 11:24

Köhnə qaz boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 mlrd. 515 mln. manat investisiya qoyuluşu tələb olunur. Bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulub. Sənəddə vurğulanır ki, SOCAR-ın "Azəriqaz" İB tərəfindən təbii qazın paylanmasında əlavə nəticələr əldə edilməsinə kömək edəcək yeni investisiya layihəsi də hazırlanıb. Bu proqramın texniki-iqtisadi əsaslandırılması ayrıca olaraq həyata keçiriləcək. Apa.az

DƏHŞƏT: İnternetdə tanış olduğu qızı zorladı, öldürdü, əritdi

29 Dekabr 2016 11:22

Meksikada dəhşətli qətl törədilib. 26 yaşlı Valdes Bokaneqra adlı oğlan sosial şəbəkədən tanış olduğu Fransia Rusu öldürüb. O, qadını onunla cinsi əlaqəyə girmədiyinə görə qətlə yetirib. Valdes qızı zorlayıb öldürdükdən sonra onun cəsədinin üzərinə kimyəvi maddə tökərək əridib. Polislər oğlanın evindən 6 kiloqram ağırlığında əridilmiş insan əti tapıblar. Oğlan həbs edilib. Bu barədə Milli.Az "Milliyet"ə istinadla xəbər verir.

Serialda düşməndilər, realda öpüşərkən kameralara düşdülər

29 Dekabr 2016 11:20

Çəkildikləri serialda ssenariyə əsasən düşmən obrazlarını canlandıran Sevcan Yaşar və Bilgehan Birincioğlu ötən gün Yeniköydə dodaq-dodağa görüntüləniblər. Onlar məkanda öpüşərkən kameralara düşüblər. Şəkillərinin çəkildiyini görən sevgililər əhvallarını pozmadan öpüşməyə davam ediblər. Bu barədə Milli.Az "Kelebek"ə istinadla xəbər verir. 

Tramp inauqurasiya mərasimindəki nitqini özü yazacaq

29 Dekabr 2016 11:16

ABŞ prezidenti Donald Tramp inauquriya mərasimindəki nitqini şəxsən yazacaq. Artıq siyasətçi çıxışının strukturunu qurmaqla məşğuldur. Yerli medianın məlumatına görə, 2017-ci ilin 20 yanvarında baş tutacaq inauqurasiya mərasimində Tramp Ronald Reyqan və Con Kennedinin üslubuna yaxın tərzdə çıxış edəcək. Bu işdə ona məsləhətçisi Stiven Miller yardımçı olacaq. Gözlənilir ki, Trampın prezident kimi ilk çıxışı təhsil və səhiyyə sferalarındakı problemlərə, həmçinin ölkə sərhədlərinin möhkəmləndirilməsinə həsr olunacaq. Modern.az

Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər

29 Dekabr 2016 11:14

Yaxın illərdə "Azərenerji" ASC, Energetika Nazirliyi və digər müvafiq qurumlar səmərəliliyə dair investisiya tələblərini özəlləşdirmə şərtlərinə daxil edərək, optimal elektrik stansiyalarının özəlləşdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.