Jurnalistlər üçün PR tur təşkil edilib

“Excelsior Hotel & Spa Baku” otelində jurnalistlər üçün “AtaHolding” Şirkətlər Qrupunun kommunikasiyalar sahəsində fəaliyyətinin yekunlarının təqdimatı ilə PR tur keçirilib.

"Excelsior Hotel & Spa Baku" otelində jurnalistlər üçün "AtaHolding" Şirkətlər Qrupunun kommunikasiyalar sahəsində fəaliyyətinin yekunlarının təqdimatı ilə PR tur keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "AtaHolding" Şirkətlər Qrupunun Korporariv kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tədbirə toplaşanları ilin yekunları ilə tanış edib və bildirib ki, il ərzində çoxlu sayda müxtəlif tədbirlər və maraqlı aksiyalar həyata keçirilib. Tədbir iştirakçılarına "AtaHolding" Şirkətlər Qrupunun 2016-cı ildə keçirdiyi tədbirlərdən video süjetlər nümayiş etdirilib. Bütövlükdə, 2016-cı ildə "AtaHolding" Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 5704 məlumat dərc edilib. Media Consulting and Services (MC&S) media monitorinq qrupunun apardığı monitorinqə görə, "Excelsior Hotel & Spa Baku" oteli dəfələrlə mətbuatda ən çox adı hallanan otel olub. "AtaHolding" Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı 104 pres reliz işıqlandırılıb. Qarşıdan gələn 2017-ci ildə agentlik ölkəmizin bütün regionlarına və bütün dünyaya müxtəlif maraqlı turlar təklif etməklə fəaliyyətlərini davam etdirmək niyyətindədir. "AtaTravel" turlarından istifadə edən turistlərə mükəmməl istirahət və keyfiyyətli xidmətə zəmanət verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31