Gündəm

Ermənistanın yüksək rütbəli hərbçisi qəzaya düşdü

29 Dekabr 2016 12:22

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Enriko Apriamov avtomobildə olarkən qəzaya düşüb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan E.Apriamov və sürücüsünün müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. Onların həyatı təhlükədə deyil. Yol qəzası Qəmərli şəhərinə gedən yolda baş verib. Report.az

Amerikalı ekspertdən etiraf: "İŞİD-i biz yaratmışıq"

29 Dekabr 2016 12:20

"İŞİD-in Qərb ölkələrində törətdiyi terror aktları avropalılar üçün təəccüblü olmamaldır. Çünki İŞİD-i biz yaratmışıq".

Nazirlik: Bankların faiz və maliyyə sanksiyalarına görə 8 mln. manat borcu var

29 Dekabr 2016 12:18

2017-ci ilin yanvarın 1-nə bankların faiz və maliyyə sanksiyalarına görə təxminən 8 mln. manatlıq borcu var. Bunu bu gün keçirilən mətbuat konfransında Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov deyib. Onun sözlərinə görə, 2017-ci ilin yanvarın 1-nə bankların 2 mln. 190  min manat faiz borcu, maliyyə sanksiyasına görə 4,8 mln. manat borcu yaranıb: "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi qəbul olunarsa, bankların faiz və maliyyə sanksiyasına görə, təxminən 8 milyon manat borcu silinəcək".

Müstəqilliyimizə həsr olunmuş sərgi

29 Dekabr 2016 12:16

Ötən gün Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb.

İspaniya mətbuatı Azərbaycandakı multikulturalizmdən yazdı 

29 Dekabr 2016 12:13

Azərbaycanın İspaniyadakı səfirliyi və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda keçirilmiş beynəlxalq konfrans İspaniya mətbuatında, internet portallarında geniş işıqlandırılıb.

Məktəb rəhbərləri ilə görüş keçirilib 

29 Dekabr 2016 12:12

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Uğur üçün tədris” (SPEX) layihəsinə cəlb olunan 54 məktəbin rəhbərləri ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə BŞTİ-nin və “British Council”un nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri və layihə koordinatorları iştirak ediblər.

Qarabağda uşaqlar üçün bayram şənliyi keçirilib

29 Dekabr 2016 12:11

Gənclər üçün Təhsil Mərkəzi-nin (GTM) Qarabağ Regional ofisinin nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Diaspora sədrinə hökm oxundu

29 Dekabr 2016 12:09

Rusiyanın Tümen şəhərində fəaliyyət göstərən "Dostluq-Drujba" təşkilatının sədri Cəmşid Fətullayev məhkum olunub.

ABŞ-da yenə atışma: Ölən və yaralılar var

29 Dekabr 2016 12:04

ABŞ-ın Corciya ştatında baş verən atışma zamanı bir nəfər ölüb, üç nəfər isə yaralanıb. İnsident Kolumbus şəhərində baş verib.  Hadisə yerli vaxtla saat 19:00-da qeyd alınıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi başlayıb. 

Ruhi xəstə intihar etdi

29 Dekabr 2016 12:02

Abşeronda ruhi-əsəb xəstəliyindən əziyyət çəkən ahıl kişi özünü asıb. Məlumata görə, hadisə rayonun Güzdək qəsəbəsində baş verib. Belə ki, 1942-ci il təvəllüdlü Baloğlanov Əlövsət Gülmalı oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib. Ə.Baloğlanovun uzun illərdir ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

29 Dekabr 2016 12:01

2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 5.6 faiz artaraq 62 mini ötüb. “Olaylar” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiyada məlumat verilib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzə dinlənilib. Bildirilib ki, daxil olmuş bələdiyyə aktlarında 1.365-i nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol vermiş 132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, 58 bələdiyyənin fəaliyyətində aşkar edilmiş daha ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün materiallar istintaq orqanlarına göndərilib, 8360 hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb.

Bəzi QHT-lər dövlət qeydiyyatına alınıb

29 Dekabr 2016 11:59

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, kollegiyada vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və ictimai iştirakçılığın genişləndirilməsi, habelə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıqlarının icrası üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Murtuza Muradpura dəstək olaq

29 Dekabr 2016 11:57

30 dekabr 2016-cı il tarixdə, saat 14-00 da Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə “Təbriz zindanından bütövlüyə gedən yol” mövzusundə tədbir təşkil olunacaq. Tədbirin keçirilməsində məqsəd İran İslam Respublikasında yaşayan haqqları tapdanmış 35 milyon soydaşlarımıza dəstək gösrərməkdi.

Buseynə Şaban: “ABŞ terrorçulara kömək edir”

29 Dekabr 2016 11:55

Suriya prezidentinin siyasət və informasiya üzrə xanım müşaviri Buseynə Şaban Hələbin azad olunmasını Suriyaya qarşı aparılan terror müharibəsində həlledici addım kimi qiymətləndirib.

Alimlərdən ŞOK iddia: Zəhərli göbələklər faydalı ola bilər

29 Dekabr 2016 11:52

İnsanların zəhərli hesab etdiyi göbələklərin tərkibində alkaloid və hallüsinogen maddə olan psilosibin var.