Diaspora sədrinə hökm oxundu
Rusiyanın Tümen şəhərində fəaliyyət göstərən "Dostluq-Drujba" təşkilatının sədri Cəmşid Fətullayev məhkum olunub.
29 Dekabr 2016 12:09 KriminalRusiyanın Tümen şəhərində fəaliyyət göstərən "Dostluq-Drujba" təşkilatının sədri Cəmşid Fətullayev məhkum olunub. O, saxta sənəd hazırlamaqda ittiham edilib. Məhkəmə istintaqı zamanı sübuta yetirilib ki, diaspor sədri saxta möhür əldə edərək onlarla vətəndaşa nikah haqda şəhadətnamə, miqrasiya sənədləri düzəldirmiş.
Fətullayev barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin "qeyri-qanuni miqrasiyanın təşkili" maddəsiylə cinayət işi qaldırılıb. Tümen vilayəti Kalininsk şəhər məhkəməsi Fətullayev barəsində 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası çıxarıb. Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

