Məktəb rəhbərləri ilə görüş keçirilib 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Uğur üçün tədris” (SPEX) layihəsinə cəlb olunan 54 məktəbin rəhbərləri ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə BŞTİ-nin və “British Council”un nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri və layihə koordinatorları iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) "Uğur üçün tədris" (SPEX) layihəsinə cəlb olunan 54 məktəbin rəhbərləri ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə BŞTİ-nin və "British Council"un nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri və layihə koordinatorları iştirak ediblər.

Qeyd edək ki, "Uğur üçün tədris" layihəsinin həyata keçirilmiş mərhələləri olan Beynəlxalq Aptis İmtahanı və dərs müşahidələri ətrafında ümumi təhlil və bundan sonra izləniləcək yol xəritəsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Görüş zamanı ümumi təhsil məktəbləri rəhbərlərinin təklifləri dəyərləndirilib və onların müvafiq tələblərə uyğunluğu müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31