Gündəm
Dövlət rabitə operatorları gücləndirilmiş rejimə keçir
Azərbaycanda bayram günləri rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün dövlət rabitə operatorlarının telekommunikasiya qovşaqları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Murad əsəbləşdi: "O, sünnət geyimi deyil, cahillər"
Bir neçə gün əvvəl Mərakeşdən olan sevgilisi İmane el Bani ilə nikah masasına oturan aktyor Murad Yıldırım toyu haqda bəzi şərhlərə əsəbləşib. O, "Muradı ləyəndə daşıdılar" başlıqlı xəbərləri və şərhləri tənqid edib: "Üstündə oturduğum "ləyən" deyil, onun adı "tefour"dur, hörmətsizlər. Bu ölkədən çoxlarını bu düşüncə sahibləri qovdu, təhqir etdi. Üstümə geyindiyim sünnət paltarı deyil. Peyğəmbərimizin, padşahlarımızın geyindiyi kaftandır. Qırmızıdərililər Afrikada deyil, ABŞ-da da yaşayırlar, cahillər. Söylənənlər salavat və dualar idi, bunu da bilmirsiniz? Həzm sisteminizdə problem var? Başqa mədəniyyətlərə hörmətiniz budur, mədəniyyətsizlər? İki insanın xoşbəxtliyinə hörmətsizlik nədən qaynaqlanır? Çox sürətli imişəm... 4 ay aşiq olduğum qadını gözünüzün içinə soxaydım? ...100 ölkədə xəbər olduq, amma sizin qədər təhqir edən olmadı. Ölkəmdə belə cahil insanlara görə utanıram..." Axşam.az
İnsan alverinə qarşı mübarizə hansı üsullarla aparılır?
İnsan alverində ittiham olunan Ucar rayon sakini, 1969-cu il təvəllüdlü Təranə Abdullayevanın (ad və soyad şərti verilib) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə, Təranə Abdullayeva imkansızlığından istifadə edərək bir necə qadını aldadaraq cinsi istismar edilməsi üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb.
Xoruz ili Meymun ilindən təhlükəli olacaq – Astroloqun PROQNOZU
Artıq bir neçə gündən sonra 2017-ci ilə qədəm qoyuruq. Hər kəs düşünür ki, bu il necə olacaq. Xoruz ilində bizi nələr gözləyir? 2017-ci il dünyaya və ölkəmizə nələr vəd edir? Astroloq Səbuhi Rəhimli müsahibəsində gələn illə bağlı ictimai-siyasi proqnozlarını açıqlayıb:
Dağlıq Qarabağ üçün toplanmış imzaların sayı Ağ Evin petisiyaları arasında liderlərdi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Ağ Evin rəsmi saytında dərc olunan və "We The People" bölməsində ABŞ prezidentinə ünvanlanan petisiyalar arasında toplanan imzaların sayı baxımından ikinci yeri tutur.
Natiq Kərimovla bağlı cinayət işi məhkəməyə göndərildi
Nardaran hadisələri ilə bağlı dövlətə xəyanətdə təqsirli bilinən Nardaran qəsəbə sakini Natiq Kərimovun barəsindəki cinayət işi məhkəməyə göndərilib. Vəkil bildirib ki, cinayət işi üzrə ibtidai istintaq başa çatıb və təqsirləndirilən şəxs istintaq materialları ilə tanış olub. Cinayət işinin materialları baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İttihama görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.
Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb
Rusiyada axtarışda olan şəxs Azərbaycanda yaxalanıb. Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci (quldurluq) maddəsi ilə axtarışda olan Rusiya Federasiyası vətəndaşı Rafiq Musayev tutulub. Bu barədə Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
Azərbaycanda qaçqınlara yeni vəsiqə veriləcək - Qanun dəyişdirilir
Milli Məclisin payız sessiyasının son pelanar iclası 30 dekabr tarixində keçiriləcək. Parlamentin bu iclasının gündəliyinə 25 məsələ daxil edilib. Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulub. Bunlardan biri də “Qaçqınların və məcburi köçkünlərin, ölkə daxilində köçürülmüş şəxslərin statusu haqqında” qanuna dəyişiklikdir.
Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün önəmindən danışılıb
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirilib. AMM-də keçirilən tədbirdə diplomatlar, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, mətbuat nümayəndələri, tanınmış soydaşlarımız iştirak ediblər.
Parlamentdən şok qərar- DOLLARA QADAĞA QOYULDU
Gürcüstan parlamenti əmlak və mənzillərin satışı vaxtı onların reklamlarının xarici valyutalarda realizə olunmasını qadağan edən qanun layihəsinə baxacaq. Saytın yazdığına görə, bu təşəbbüs milli valyutanın möhkəmləndirilməsi planının tərkib hissəsidir. Belə ki, hazırda Gürcüstanda daşınmaz əmlak bazarında bütün sövdələşmələr xarici valyutalarla aparılmaqdadır. O cümlədən, avtomobil satışlarından tutmuş xaricə istirahət üçün turizm agentlikləri tərəfindən təklif edilən “putyovkalar” belə dollarla göstərilir.
Xarici neft şirkəti Azərbaycanı tərk edir
Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərindən biri ölkəni tərk edir. Vergilər Nazirliyindən verilən məlumata görə, "Commonwealth Oil and Gaz Company LTD" şirkətinin ölkəmizdəki nümayəndəliyi ləğv olunub. Şirkətin kreditorları öz tələblərini bildirə bilərlər. Bunun üçün onlar Səbail rayonu, Asəf Zeynallı küçəsi ev 14 ünvanına müraciət edə bilərlər. Fins.az
Qənaət edilmiş qaz TAP və TANAP vasitəsilə Avropaya ixrac olunacaq
Qaz təchizatında Bakı şəhərində itkilərin azaldılaraq Avropanın qazpaylamadakı müqayisəli itki səviyyələrinə çatdırılması nəzərdə tutulub. Bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.
Dollar 1.77-ni ötdü - Hərrac
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən verilən məlumata görə, hərrac 1 dollar üçün 1,7662 məzənnəsi ilə başlayıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb. Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7662 səciyyəsində müəyyənləşdirib. Axar.az
Çavuşoğlu: “Hər an başlaya bilər” – SON DƏQİQƏ
Suriyada atəşkəs rejimi yeni ildən əvvəl hər an başlaya bilər. O, Türkiyə və Rusiya səlahiyyətlilərinin bu gün yenidən görüşəcəyini qeyd edib. “Hər şey yolunda gedərsə, ruslarla bir müqavilə bağlamaq üzrəyik. İki mətn üzərində işləyirik”, - deyə türkiyəli nazir bildirib.
Sarqsyan: “Yaxın günlərdə meymunluqlarını görəcəyik”
“Seyran Ohanyan orduda mövcud olan bütün problemlərə görə cavabdehlik daşıyır”. Birinci Qarabağ müharibəsi zamanı işğalçı orduda hərbi xidmət keçmiş erməni veteranı Suren Sarqsyan deyib.














