Dövlət rabitə operatorları gücləndirilmiş rejimə keçir
Azərbaycanda bayram günləri rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün dövlət rabitə operatorlarının telekommunikasiya qovşaqları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
29 Dekabr 2016 13:05 SosialAzərbaycanda bayram günləri rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün dövlət rabitə operatorlarının telekommunikasiya qovşaqları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinə bayram günlərində rabitə, internet, televiziya, radio və poçt xidmətlərinin fasiləsiz iş rejiminin təşkil olunması tapşırılıb. Bundan başqa, nazirlik abunəçilərin rahatlığının təmin olunmasını, təhlükəsizlik xidmətinin gücləndirilməsini tapşırıb. Trend.az