Xoruz ili Meymun ilindən təhlükəli olacaq – Astroloqun PROQNOZU
Artıq bir neçə gündən sonra 2017-ci ilə qədəm qoyuruq. Hər kəs düşünür ki, bu il necə olacaq. Xoruz ilində bizi nələr gözləyir? 2017-ci il dünyaya və ölkəmizə nələr vəd edir? Astroloq Səbuhi Rəhimli müsahibəsində gələn illə bağlı ictimai-siyasi proqnozlarını açıqlayıb:
29 Dekabr 2016 13:00 SosialArtıq bir neçə gündən sonra 2017-ci ilə qədəm qoyuruq.
Hər kəs düşünür ki, bu il necə olacaq. Xoruz ilində bizi nələr gözləyir? 2017-ci il dünyaya və ölkəmizə nələr vəd edir?
Astroloq Səbuhi Rəhimli müsahibəsində gələn illə bağlı ictimai-siyasi proqnozlarını açıqlayıb:
- Xoruz ili hansı gün və saatdan etibarən başlayır?
- Yeni astronomik il 2017-ci ilin 28 yanvarında Bakı vaxtilə saat 04:06 dəqiqədə start götürəcək.
- Ötən il bildirmişsiniz ki, Meymun ili ən dəhşətli terror və sensasiyalı sui-qəsdlərlə yadda qalacaq. Belə də oldu. Bəs Xoruz ilində terrorla, sui-qəsdlə bağlı hansısa proqnozlarınız var?
- Əslində sadaladıqlarımızın ən dəhşətli göstəriciləri məhz Xoruz illərinə təsadüf edir. Qanlı dövlət çevrilişləri, siyasi-ictimai xadimlərə qarşı sui-qəsdlər bu dövrlərdə öz pik həddinə çatır. 2017-ci ildə də bu kimi olaylar əksər ölkələrdə və tez-tez baş verəcək. Xüsusən də fevral-iyul arası və noyabr-dekabr aylarında.
- Meymun ili ilə müqayisə etsək bu ildə də ona oxşar hadisələr gözlənilirmi, ya əksinə? Dünyada və Azərbaycanda hansı hadisələr baş verəcək?
- Meymun illərində hədəflər gizli saxlanılır. Onun oyun qaydaları üzdən mülayim, sadə görünsə də, əslində təhlükəli və amansızdır. Meymun münaqişə yaratmağa, yalanlarla idarə etməyə, gözləmədiyin yerdən vurmağa meyllidir. Təcrübə göstərir ki, bu illərdə maddi resurslar mənəvi dəyərləri arxa plana keçirir, günahsız insanlar əziyyət çəkir, ölür. Xoruz ilində isə vəziyyət bir qədər fərqli, açıq və kəskin formada təzahür edir. 2016-cı ildə baş verən, start götürən bir çox proseslər var ki, istər-istəməz öz nəticəsini yeni ildə büruzə verəcək. Deməli, qarşıdakı il daha gərgin zaman kəsiyinə çevriləcək. Məsələn, yaşamaqda olduğumuz Azərbaycanda kommunal xərclərin artırılması yeni ilin ilk aylarında nəticə verəcək, üstəlik milli valyutamızın sürətlə dəyərdən düşməsi, ümidverici yolların getdikcə daralması 2017-ci il haqqında ümumi təsəvvür yaratmağa imkan verir. Yeni Xoruz ilinin rəmzləri onu deməyə əsas verir ki, güclü tərəflərin qarşıdurması il ərzində daha da kəskinləşəcək.
- İlin sonunda Rusiya kimi böyük bir dövlətin səfiri sui-qəsd nəticəsində güllələndi. Xoruz ilində böyük dövlətlərə qarşı belə hallar gözləyirsiniz?
- Əvvəldə dediyim kimi 2017-ci ildə bu hal daha böyük miqyasda baş verəcək - yaxın və uzaq, böyük və kiçik ölkələrdə.
- Ən böyük problemimiz olan Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa uğurlar gözlənilir?
- Aprel döyüşləri kimi hal gözlənilməsə də diplomatik və informasiya müharibəsi daha kəskin xarakter alacaq.
- Və son olaraq bizə - media əhlinə 2017 nə vəd edir? Necə bir ili gözləyək?
- Yalnız onu deyə bilərəm ki, mövzu bolluğu olacaq. Media daha oxunaqlı olacaq. Televiziyalarda mövcud olan bayağı verilişlərə qarşı təzyiqlər də yüksələn xətt üzrə inkişaf edəcək. Azadinform.az