Gündəm
Suriyada sülhə nail olmaq mümkündürmü?
Ankara və Moskvanın Suriya məsələsində daha bir anlaşma əldə etdiyi bildirilirş Məlumata görə, Türkiyə və Rusiya arasında Suriyada ümumi barışıq planı barədə razılıq əldə olunub. Qarşıdurma tərəfləri olan hökumət və müxalifət qüvvələrinə dekbarın 30-dan savaşı dayandırmaq təklif olunub. Razılaşma Suriyadakı terror qruplaşmalarına aid olmasa da, hiss olunur ki, onların da taleyi barədə Ankara danışıqlarında qərar verilib. Artıq aydın olur ki, coğrafi mövqeyi, hərbi gücü, islam ölkəsi olması, Suriya əhalisinin xeyli hissəsinin türkmən olması Türkiyəyə Suriya məsələsində həlledici faktor şansı verib. Onun Rusiyanın ya Qərbin tərəfində olması həmin fövqəlgüc tərəfin qələbəsini təmin edirmiş. Və Türkiyə bunu Rusiya üçün böyük bir jest etdi. Bəs görəsən bundan sonra proseslər hansı məcrada cərəyan edəcək? Ümumiyyətlə, əldə edilən razılaşma nə dərəcədə keçərli olacaq və Suriyada vəziyyətin normallaşmasına xidmət edəcək?
Aztəminatlı ailələr də mənzilə sahib ola biləcəklər
Azərbaycan vətəndaşlarının mənzilə sahib olmaları üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Əhalinin müxtəlif təbəqələrinin ipoteka krediti ilə mənzil əldə etmək imkanı qazanmalarının ardınca sosial evlər layihəsinin icrasına başlanılıb. Artıq Prezident İlham Əliyevin iştirakı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.
Ölümün üzərinə gedən piyadalar
Ölkədə yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Xüsusən, ölüm hallarının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsilə yanaşı, əməli praktiki işlər də reallaşdırılıb. Paytaxt Bakının küçələrində xeyli sayda yeraltı və yerüstü keçidlər inşaa edilib, insan həyatı üçün təhlükəli hesab olunan ərazilərdə işıqforlar quraşdırılıb, piyada zolaqları çəkilib.
Məşhur aktrisa qızından bir gün sonra ölüb
Hollivudun tanınmış aktrisalarından Debbi Reynolds 84 yaşında Los Ancelesdə vəfat edib. D. Reynolds dekabrın 27-də ölən məşhur “Ulduz müharibələri” filmində “Şahzadə Lean” rolunun ifaçısı Keri Fişerin anasıdır. Aktrisanın oğlu mediaya bildirib ki, Kerri Fişin ölümündən sarsılan Debbi Reynolds dekabrın 28-də xəstəxanaya yerləşdirilib. Aktrisanın insultdan öldüyü bildirilir.
Türkiyədə bir sıra uçuşlar təxirə salınıb
Türkiyənin Qaziantep vilayətində güclü dumanla əlaqədar təyyarələr hava limanında eniş edə bilmir. Məlumata görə, 4 təyyarə Adana hava limanına göndərilib. Güclü dumanla əlaqədar avtomobil sürücülərinə də xəbərdarlıq edilib. Bu barədə Trend Türkiyənin Mülki Aviasiya Administrasiyasına istinadən məlumat verir.
Musiqili Teatr Beynəlxalq festivalda iştirak edəcək
Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək Beynəlxalr Teatr Festivalına dəvət olunub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət yeni ilin ilk günlərində Təbriz şəhərində baş tutacaq 35-ci Fəcr Beynəlxalq Teatr Festivalından gedir.
Aydın Əliyev Siyəzən şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Ermənistandakı daxili gərginlik müəyyən bir siyasi imitasiyadır
Bu günlərdə Ermənistan yenə daxili siyasi gərginlik dövrünü yaşayır. Həftənin əvvəllərində paytaxt İrəvanda baş verən etiraz aksiyası və polislə qarşıdurma nəticəsində onlarla insanın həlak olması işğalçı ölkənin vətəndaş müharibəsi ərəfəsində olduğunu söyləməyə əsas verir. Hətta Ermənistanda gələn il keçiriləcək parlament seçkilərinə qədər hakimiyyət çevrilişinin baş vermə ehtimalından da danışılır. Əsas ortaya atılan iddia isə ondan ibarətdir ki, Ermənistanda gözlənilən mümkün hakimiyyət çevrilişinin ssenari müəllifi Rusiya Federasiyasıdır. Bildirilir ki, Sərkisyan hakimiyyətinin son vaxtlar Kremlin istək və tapşırıqlarına qarşı çıxması Rusiyanı belə bir addım atmaq məcburiyyətində buraxır. Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Bu və ya digər məsələlərlə bağlı siyasi ekspert Arzu Nağıyevə müraciət etdik.
MTN generallarının məhkəməsinin başlama vaxtı məlum olub - YENİLƏNİB
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
2017-ci ilin büdcəsi nə vəd edir?
2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu dövlət başçısı tərəfindən imzalandı. Beləliklə, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri isə 16 milyard 900 milyon manat müəyyənləşdirilib. O cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 milyard 634 milyon 706 min manat, yerli gəlirləri 620 milyon 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 milyard 211 milyon 286 min manat, yerli xərcləri isə 688 milyon 714 min manat məbləğində təsdiq edilib. 2016-cı ilin dövlət büdcəsinə nisbətən qarşıdan gələn ilin dövlət büdcəsində gəlirlər və xərclərdə nəzərə çarpacaq dərəcədə fərqlər olsa da, ancaq ümumilikdə gtürəndə qlobal iqtisadi və maliyyə böhranı fonunda Azərbaycan 2017-ci il dövlət büdcəsinin göstəriciləri məqbul sayıla bilər. Elə büdcə layihələrində aktiv iştirak edən millət vəkilləri də bu qənaətdədirlər.
Bank sistemində inqilabi dönüş edə biləcək kəskin addımlar atmaq lazımdır
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov təəssüf hissi ilə qeyd edir ki, yola salmağa hazırlaşdığımız 2016-cı il iqtisadi geriləmələrlə başa çatır.
Duman olacaq, şimal küləyi əsəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
8 min terrorçu Türkiyəyə hücuma hazırlaşır – ABŞ əmr verdi
Türkiyə və Azad Suriya Ordusunun Əl Babda uğurlu əməliyyat keçirməsi ABŞ-ın narahatlığına səbəb olub. Amerika PKK/PYD-yə silah yardımını sürətləndirib. Məlumata görə, PYD Əl Babın qərbindəki Afrin – Tel Rıfat xəttində müharibəyə hazırlığı aparır. Bu bölgəyə 8 mindən çox terrorçu, 13 tank, minaatanlar yerləşdirilib. Eyni zamanda, ABŞ Fərat çayının şərqində PYD-yə dəstəyini gücləndirib. Publika.az
Binəqədidə yaşayış binasının yanmasında təqsirləndirilən şəxslərə bəraət istənilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Akif Əlibəyovun, Qəzənfər Novruzov və Ağacavad Məmmədovun vəkilləri çıxış edib. Onlar müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.
Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə vəfat edib
Azərbaycan elminə ağır itki üz verib. Azərbaycan Milli Elmlər Akademiyasından verilən xəbərə görə, tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə dekabrın 29-da 59 yaşında vəfat edib. Azərbaycan elmində əvəzsiz xidmətləri olan Elbrus Əlizadənin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq. Apa.az














