Ölümün üzərinə gedən piyadalar
Ölkədə yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Xüsusən, ölüm hallarının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsilə yanaşı, əməli praktiki işlər də reallaşdırılıb. Paytaxt Bakının küçələrində xeyli sayda yeraltı və yerüstü keçidlər inşaa edilib, insan həyatı üçün təhlükəli hesab olunan ərazilərdə işıqforlar quraşdırılıb, piyada zolaqları çəkilib.
29 Dekabr 2016 13:52 SosialOnlar niyə yol-hərəkət qaydalarına riayət etmirlər?
Ölkədə yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Xüsusən, ölüm hallarının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsilə yanaşı, əməli praktiki işlər də reallaşdırılıb. Paytaxt Bakının küçələrində xeyli sayda yeraltı və yerüstü keçidlər inşaa edilib, insan həyatı üçün təhlükəli hesab olunan ərazilərdə işıqforlar quraşdırılıb, piyada zolaqları çəkilib. Məsələ orasındadır ki, əksər insanlar yol-hərəkət qaydalarına düzgün riayət etmədiklərindən ölüm hallarının sayı artmaqda davam edir. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2016-ci ilin 11 ayı ərzində respublika ərazisində 1848 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 695 nəfər həlak olmuş, 1887 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 185 fakt (9,1%), həlak olanların sayı 121 nəfər (14,8%), yaralananların sayı 182 nəfər (8,8%) azalmışdır. Bakı şəhəri ərazisində 621 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 170 nəfər həlak olmuş, 640 nəfər yaralanmışdır. Baş vermiş yol-nəqliyyat hadisələrinin səbəbləri daha maraqlı mənzərəni ortaya qoymuş olur. Belə ki, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,5%-i ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,9%-i nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8%-i yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 43%-ni (795) piyadaların vurulması təşkil etmiş, nəticədə 283 piyada həlak olmuş, 591-i yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 49 nəfər uşaq və yeniyetmə həlak olmuş, 181 nəfər yaralanmışdır. Rəsmi dövlət qurumunun açıqlamasından bəlli olur ki, insanların avtoqəzalara səbəb ola biləcək hərəkətlərindən çəkindərmək üçün aparılan maarifləndirmə işi yetərli deyil. Maraqlıdır, bəs piyadalar hərəkət zamanı hansı qaydalara riayət etməlidirlər? BDYP-dan verilən məlumata görə, piyadalar səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. İri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol qırağı ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər. Piyadalar dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir. Ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir. Yadda saxlamaq lazımdır ki, nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır. Bundan başqa, hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada işıqforunun, o olmadıqda isə, nəqliyyat işıqforunun işarəsini əsas tutmalıdır.Yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır. Piyada qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir. Dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir. Görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir. Gücə saatlarında piyadaların hərəkətinə gəldikdə bildirilib ki, sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir. Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və işıqoforun siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. Xatırladaq ki, paytaxtda ən çox müşahidə olunan qayda pozuntusu keçid zolaqları ilə bağlıdır. Piyadalar belə ərazilərdə hərəkət zamanı ya işıqforu gözləmir, ya tək, ya da kütləvi halda keçidə üstünlük verirlər. Rəsmi qurumun məlumatında isə bildirilir ki, mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sag tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında - sol tərəfdə müşayiətçilər olmalıdırlar, onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qabaqda - ağ, arxada - qırmızı işıq fənəri tutmalıdırlar. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.
Nurlan