Gündəm
Azərbaycan Yunanıstan, İraq və qonşu ölkələrlə elektrik enerjisi ticarəti imkanlarını qiymətləndirəcək
Azərbaycanda müvafiq dövlət qurumu elektrik enerjisi istehsalının maya dəyərini, yerli bazarda təbii qaza olan tələbi, ixrac bazarlarında elektrik enerjisinin, təbii qazın qiymətlərini və ixrac xərclərini nəzərə alaraq, elektrik enerjisi və təbii qazın ixracı arasında müqayisəli təhlil həyata keçirəcək.
Ramiz Rövşən – 70
Əfqanıstan təhlükəsizlik qüvvələri sutka ərzində 40-dan çox yaraqlını öldürüb
Əfqanıstanda ötən gün ərzində "Taliban" radikal hərəkatının azı 42 yaraqlısı öldürülüb. Əfqanıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, milli müdafiə və təhlükəsizlik xidmətinin apardığı əməliyyatlar nəticəsində 42 yaraqlı öldürülüb, 36 yaraqlı yaralanıb və 9 yaraqlı isə saxlanılıb. Milli müdafiə və təhlükəsizlik xidməti, həmçinin silah-sursat ələ keçirib və 25 mina zərərsizləşdirilib. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Əlilliyi olan uşaqların valideynləri üçün maarifləndirici tədbir keçirildi
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin sponsorluğu, “Uğur Akademiyası” və “UAFA”-nın təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirici seminar keçirilib. Seminarın keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinə dəstək olmaq, məsləhət vermək və məlumatlandırmaq idi. Spikerlər bu sahə üzrə geniş təcrübəyə malik mütəxəssislər- Ülviyyə Mirzəyeva və Zəhra Xələfli əlilliyi olan uşaqlar və valideyn münasibətləri, onlara qarşı cəmiyyətdə mövcud olan yanaşmalar, stiqmalar, həmçinin bu problemlərin aradan qaldırılmasının həlli yolları haqqında müzakirə olunub.
Ukrayna dünya çempionatının Rusiyada keçirilməsini istəmir
Ukrayna Futbol Federasiyasının prezidenti Andret Pavelko 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına mümkün səfərindən danışıb. Məlumata görə, A.Pavelko mundialın Rusiyada keçirilməsini istəmədiklərini bildirib.
Ərdoğan: "NATO-da birlikdə olsaq da, ancaq siz dəstəyi separatçı terrorçu qruplaşmalara verirsiniz"
“Biz NATO-da sizinlə birlikdəyik, ancaq siz dəstəyi bizə deyil, separatçı terrorçu qruplaşmalara verirsiniz”. Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Elmi və Texnoloji Araşdırma Mərkəzinin (TÜBİTAK) mükafatlandırma mərasimindəki çıxışında vurğulayıb.
Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırılıb
Bir neçə gün əvvəl baş vermiş qəzanın səbəbləri müəyyən olunanadək Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırılıb.
Baş pediatr: "Hazırda uşaqlar arasında yayılan xəstəliklər..."
“Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da mövsümü xəstəliklərə həm böyüklər həm də uşaqlar arasında rast gəlinir. Soyuqdəymə xəstəlikləri havaların soyuması, uşaqların isə kollektivlərdə cəmləşməsi ilə əlaqədar olaraq bu mövsümlərdə daha çox özünün biruzə verməkdədir”. Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev deyib.
Vergilər Nazirliyi gələn il üçün hesablamalarında dolların məzənnəsini 1,75 manatdan götürüb
"ABŞ dollarının məzənnəsindəki dəyişiklik az qala bütün sahələrə təsir edir". Bunu bu gün keçirilən mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Ermənistanda kütləvi ixtisarlar
Ermənistanın Maliyyə Nazirliyində ixtisarlar aparılır. Nazirliyin ştat vahidi xeyli azaldılıb. Bu barədə qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul olunub. Məlumata əsasən, nazirliyin tərkibində olan Təhsil Mərkəzi ləğv olunacaq. Hesablamalarına görə, qurumu ləğv etməklə nazirlik ildə 110 milyon dram (təxminən 228 min dollar) qənaət etmiş olacaq. Növbəti ildə Ermənistanın digər dövlət qurumlarında da kütləvi ixtisarların aparılacağı gözlənilir. Dəyişikliklər iqtisadi böhranla əlaqələndirilir. Azvision.az
Təxribata cəhd göstərən düşmən itkilərə məruz qalıb
Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Terrorçulardan xilas olan 13 yaşlı qız başına gələnləri danışdı: "Məcbur etdilər..."
PKK-nın oğurladığı 13 yaşlı qız uşağı başına gələnlərdən danışıb. Hakkaridə evinin qarşısından oğurlandıqdan sonra terror təşkilatı PKK-nın Kandil və Hakurk düşərgələrində 3 ay zorla saxlanılan 13 yaşlı K.Y. təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib. PKK-nın sığınacaqlarını cəhənnəm adlandıran 13 yaşlı qız deyib: "Təyyarələr gəldiyində çox qorxurlar, yerlərindən belə tərpənmir, susurlar. Kəşfiyyat gedənə qədər sakit dururlar. Bir gecə onlar yatanda təkbaşıma qaçdım. Onların içində ingiliscə danışan silahlılar var idi. Onlara: "Əvvəl-axır anamın, atamın yanına gedəcəyəm", - deyirdim. Şamda olarkən qaçıb gəldim. Məni oğurladıqdan sonra hərbi paltar verdilər. Geymək istəmədim, məcbur etdilər. "Yoxsa səni öldürəcəyik" dedilər. Geydim, o formada şəklimi çəkdilər". Bu barədə Milli.Az Milliyet-ə istinadən xəbər verir.
Şöbə müdiri: Məişət zorakılığı törədənlərin 92 faizi orta təhsillidir
Azərbaycanda məişət zorakılığını törədən şəxslərin təhsil səviyyəsi açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov komitənin kollegiya iclasında bildirib ki, məişət zorakılığını törədən şəxslərin 1,1%-i ali, 3,8%-i orta ixtisas, 3,2%-i ilk peşə ixtisas, 91,9%-i isə tam orta təhsillidir. "Ailə-məişət zəminində törədilən cinayətlərə, zorakılıq hallarına gəldikdə deməliyəm ki, cinayətlərin 95,7%-i kişilərin, 4,3%-i isə qadınların payına düşür" - deyə şöbə müdiri qeyd edib. Apa.az
Bakıda iki iri yeraltı dayanacaq özəlləşdirilir
Bakının iki iri yeraltı dayanacaq kompleksi özəlləşməyə çıxarılır. Məlumata görə, söhbət Azadlıq meydanı və Füzuli küçəsində yerləşən yeraltı dayanacaq komplekslərindən gedir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə yekun vurub
Dekabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2016-cı ilin xidməti fəaliyyətin yekunlarına və 2017-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib. Xidmətdən “Olaylar”a verilən məlumata görə, müşavirədə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2016-cı il ərzində görülmüş işlərə dair ətraflı çıxış etmiş, 2017-ci ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib. Müşavirədə bir sıra məsələlər müzakirə olunmuş, general-leytenant Arzu Rəhimov 2017-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini çatdırıb. Müşavirədə Xidmət rəisinin müavinləri və idarə rəisləri görülmüş işlərə dair məruzələr ediblər. Müşavirənin yekununda Xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.














