Gündəm
Qara dənizə düşən Rusiya təyyarəsi: general terror ehtimalını açıqladı
İstintaq ötən həftə sonu Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən Tu-154 təyyarəsi ilə bağlı terror versiyasını istisna etmir. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin uçuşların təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Sergey Baynetov bildirib. Generalın sözlərinə görə, terror təyyarəyə mexaniki təsir nəticəsində baş verə bilərdi. “Göyərtədə partlayışla yanaşı hansısa mexaniki təsir də ola bilər, terror aktı hökmən partlayışla əlaqəli olmalı deyil”-general bildirib. Baynetov deyib ki, terror versiyası araşdırılsa da əsas versiyalar sırasında deyil.
"ASAN xidmət”də 4 gün işləməyəcək
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə “ASAN xidmət” mərkəzlərində 4 gün qeyri - iş günü olacaq. Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsindən SİA-ya verilən xəbərə görə, 4 yanvar tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
1 ayda MEK-ə 1200 ədəbiyyat daxil olub
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) xarici ölkələrin kitabxanaları ilə beynəlxalq kitab mübadiləsini (BKM) davam etdirir. Bu barədə AMEA Mərkəzi Elmi Kitabxana İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.
Rusiya Ombudsmanı Xocalı abidəsini ziyarət edib
Azərbaycanda səfərdə olan Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Onbudsman) Tatyana Moskalkova Ombudsmanı Bakıda Xocalı abidəsini ziyarət edib. T.Mosqalkova Xocalı soyqırımı qurbanlarına ehtiramını bildirib, abidə önünə əklil və güllər qoyulub. Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkilini Azərbaycan Ombudsmanı Elmira Süleymanova müşayiət edib. Apa.az
Filarmoniya 2017 - ci il yanvar ayında
Hesablama Palatası İş Planını təsdiq edib
Murat Boz Bakıya gəlir
Ramin Quluzadə iranlı həmkarı ilə görüşüb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Masallıda fermerlər üçün seminar keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Masallı rayonunda fermerlər üçün “Heyvan xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzusun- da elmi-praktiki seminar keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, məqsəd bu sahədə alim və mütəxəssislər tərəfindən fermer-sahibkarlara yeni bilgilərin verilməsi olub.Seminarda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları “Quşların infeksion xəstəlikləri və onlara qarşı aparılan profilaktik tədbirlər”, “Heyvanların və quşların parazitar xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzularında aparılan elmi tədqiqat, praktiki işlər və təsərrüfatlara köməklikləri barədə ətraflı məlumatlar verib. Seminarda Dövlət Xidmətinin əməkdaşları aqrar sahədə informasiya-məsləhət xidmətinin rolu barədə fermerləri məlumatlandırıb. Seminardan sonra iştirakçılar Masallı rayon heyvandarlıq kompleksində olublar.
Oğuzda 5 otaqlı ev külə dönüb
Oğuz rayonu, Bucaq kəndində vətəndaşa məxsus 5 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Lənkəranda 3 otaqlı ev yanıb
Lənkəran rayonu, Zövlə kəndində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 88 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə və mətbəxin tavanı 3 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qadını zorlayan keçmiş məhkumlar tutuldu
Dekabrın 28-ə keçən gecə Gəncə şəhərində 3 naməlum şəxs Şəmkir rayon sakini Çoban Bəhramzadəni döyərək, 550 manatını və mobil telefonunu alıb. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Rövşən Məmmədtağıyev, əvvəllər məhkum olunmuşlar Ramin Nəbiyev və Ərəstun İmamverdiyev tutulublar.Aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün saat 01.00 radələrində şəhər sakini K. Ə. adlı qadını Rövşən Məmmədtağıyevə məxsus “VAZ-2107” markalı avtomobilə zorla oturdaraq Sevinc qəsəbəsinə aparmaları, amburla (vintaçan) hədələyərək 60 manat pulunu və qızıl üzüyünü almaları, habelə zorlamaları da müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
Nazir müavini: “ƏDV üzrə diferensiallaşdırılmış faiz dərəcəsinə keçməyə hazır deyilik”
Vergilər Nazirliyi Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) üzrə diferensiallaşdırılmış faiz dərəcəsinə keçməyə hazır deyil. Bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, bu, vergi ödəyicilərinin uçotunun aparılmasındakı çətinliklərlə bağlıdır. Lakin gələcəkdə nazirlik bu məsələyə yenidən qayıdacaq. Qeyd edək ki, ƏDV faiz dərəcəsi 18 faiz təşkil edir.
Bayramların qovşağında
Azərbaycan Tibb Universitetində (ATU) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramına və Yeni İlə həsr olunmuş təntənəli tədbir keçirildi.













