Gündəm

MTN-nin şöbə rəisinin məhkəməsi başladı

29 Dekabr 2016 15:57

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun məhkəməsi başlayıb.

"Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası" təsdiq edildi

29 Dekabr 2016 15:55

Prezident İlham Əliyev "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası"nın təsdiqi haqqında  fərman imzalayıb. Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası" təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Rusiya XİN-də yeni nazir müavini təyin olundu

29 Dekabr 2016 15:54

Rusiya XİN-də yeni nazir müavini təyin olunub.  RF prezidenti Vladimir Putinin müvafiq fərmanı ilə Anatoliy Antonov bu vəzifəyə təyinat alıb.

Səftər Hacıyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

29 Dekabr 2016 15:52

Preziden İlham Əliyev S.H.Hacıyevin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə polkovnik Səftər Heydər oğlu Hacıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin". AZƏRTAC

Çində yaşayan uyğurlar Kommunist Partiyasına hücum etdilər

29 Dekabr 2016 15:51

Dörd uyğur türkü Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur muxtar rayonunda terror aktı törədib. Hücum edənlər polis tərəfindən güllələniblər. Hadisə dünən səhər saatlarında baş verib. Terror aktı törədənlər avtomobillə Çin Kommunist Partiyasının Moyuy bölgə komitəsinin həyətinə daxil olublar və bomba partladıblar. Terror aktı nəticəsində bir nəfər ölüb, daha üç nəfər yaralanıb.

Hitlerin kosmosa göndərdiyi raket qayıdır: ABŞ təhlükədə

29 Dekabr 2016 15:47

1944-cü ildə nasist Almaniyası tərəfindən kosmosa atılan V-3 raketi yaxın günlərdə ABŞ ərazisinə düşəcək. Bu barədə NASA xəbərdarlıq edib. NASA-nın mütəxəssisi Çarli Bolden bildirib ki, nasistlərin havaya atdığı V-2 raketi Yerin atmosfer qatını keçib. “V-3 yaxın günlərdə Yerin atmosfer qatına daxil olacaq və güman ki, ABŞ-ın şərqində bir əraziyə düşəcək. NASA və ABŞ-ın hava qüvvələri hansısa təxliyənin edilib-edilməyəcəyi haqqında məlumat verəcək”, - o bildirib. V-3 raketləri nasist Almaniyası tərəfindən Londonu vurmaq üçün məşhur alman alimi Verner von Braun tərəfindən təkmilləşdirilən V-2 raketinin modern formasıdır. Raket 21 ton partlayıcı daşıyır. Publika.az 

Rusiya X gününə hazırlaşmalıdır – Putinin müşaviri

29 Dekabr 2016 15:44

Rusiya gərək dünya internetindən uzaqlaşdırılacağı məqama hazır olsun. Bunu “Raşşın Tudey” televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin internet üzrə müşaviri German Klimenko söyləyib. O, Rusiyanın bu ssenaridən yayınmaq üçün özünün internet seqmentini tənzimləməli olduğunu bildirib:

İncəsənət Muzeyində aksiya

29 Dekabr 2016 15:44

Jirinovski: “Türklərlə 500 il savaşmışıq və...”

29 Dekabr 2016 15:39

Bunu “Politika Seqodnya” informasiya agentliyinə müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. O, Yaxın Şərqdə yeni ittifaqa ehtiyac olduğunu bildirib:

Fətullah Gülən dəli imiş? – Sənədlər

29 Dekabr 2016 15:38

FETÖ-nun 15 iyul dövlət çevrilişini araşdıran Parlament Araşdırma Komissiyasının üzvü, AKP sədrinin müavini Səlcuq Özdağ Fətullah Gülənlə bağlı sensasiyalı məlumat paylaşıb.

Ermənistanın suverenliyinə son qoyuldu

29 Dekabr 2016 15:36

Rusiya Prezidenti Vladimir Putin Rusiya və Ermənistan arasında vahid hava hücumundan müdafiə regional sisteminin yaradılması haqqında müqaviləni təsdiq edib. Bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib.

Komitə sədri: “Qadınlara qarşı zorakılıqla mübarizə problem olaraq qalmaqdadır”

29 Dekabr 2016 15:33

Hökumət Evinin konfrans zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cəmiyyətdə qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə tədbir keçirilib. “Olaylar” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də qadınlara qarşı zorakılıqla mübarizə müasir dövrümüzün aktual problemlərindən biri olaraq qalmaqdadır.

12 energetikimizə “MDB-nin əməkdar energetiki” fəxri adı verilib

29 Dekabr 2016 15:31

 Energetika Nazirliyində “MDB-nin əməkdar energetiki” fəxri adına layiq görülmüş bir qrup energetikin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyinin (MDB) və MDB-nin Elektroenergetika Şurasının 25 illiyi münasibətilə Azərbaycan və MDB-yə üzv ölkələrin energetikasının inkişafında xidmətlərinə görə Azərbaycanın 12 nəfər energetiki fəxri ad və döş nişanları ilə təltif edilib.

Ermənilərin atdığı mərmi Ağdam rayonunda yaşayış evinə düşüb

29 Dekabr 2016 15:24

Azərbaycanın işğal olunmuş Ağdam rayonunun təmas xəttində yerləşən Əhmədağalı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb.