İncəsənət Muzeyində aksiya

Azərbycan Milli İncəsənət Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətil muzey yeni aksiyaya start verir. "Olaylar" - a verilən məlumata görə bayram günlərində  3 və 4 yanvar tarixlərində hər kəs üçün muzeyə giriş 1 AZN olacaq.

Azərbaycan Milli İncəsənət Muzeyi paytaxtımızın sakinlərini və qonaqlarını  bu aksiyadan yararlanmağa dəvət edir.

Qeyd edək ki, tamaşaçılar həm muzeyin zəngin stosianar ekspozisiyası, eyni zamanda "Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından"  adlı möhtəşəm sərgi ilə tanış ola biləcəklər.

Hər kəsi sosial şəbəkələrdə paylaşdığı fotoları Azərbaycan Milli İncəsənət Muzeyinin #azerbmim haştag-ı altında paylaşmağa dəvət edirik. Ən yaxşı kreativ 15 foto seçilərək muzeyin səhifəsində paylaşılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31