Komitə sədri: “Qadınlara qarşı zorakılıqla mübarizə problem olaraq qalmaqdadır”
Hökumət Evinin konfrans zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cəmiyyətdə qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə tədbir keçirilib. “Olaylar” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də qadınlara qarşı zorakılıqla mübarizə müasir dövrümüzün aktual problemlərindən biri olaraq qalmaqdadır.
29 Dekabr 2016 15:33 SosialHökumət Evinin konfrans zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cəmiyyətdə qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə tədbir keçirilib. "Olaylar" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də qadınlara qarşı zorakılıqla mübarizə müasir dövrümüzün aktual problemlərindən biri olaraq qalmaqdadır. Bu problemin qarşısının alınması istiqamətində ölkəmizdə qanunvericilik bazası təkmilləşdirilmiş, yeni qanunlar, dövlət proqramları hazırlanmışdır. Komitə sədri qadınların mühüm sahələrdə aktivliyinin artırılması, biznes strukturlarında fəal təmsil olunmaları məsələsinin vacibliyi qeyd edib: "Qadınların iqtisadi baxımdan fəal olması əsas məsələlərdəndir. Qadınlar özlərinə qarşı münasibəti dəyişsələr, özlərinə inam hissi, hörmət olsa, o zaman fikirləri, istəkləri ailə üzvləri tərəfindən də hər zaman yaxşı qarşılanar." Komitə sədri məişət zorakılığının qarşısının alınması istiqamətində qeyri-hökumət təşkilatları ilə birgə tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd edib.