Gündəm

Məişət zorakılığının qarşısının alınması

29 Dekabr 2016 16:18

Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. “Olaylar” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclasında Milli Məclis sədrinin müavini Bahar Muradova dilə gətirib. O, adıçəkilənkomitənin fəaliyyətini yüksək qiymətləndirərək ölkəmizdə ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb.

Kafedə həmkəndlisini qətlə yetirən saxlanıb

29 Dekabr 2016 16:15

Dekabrın 28-də Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindəki kafelərdən birində şəhər sakini Elçin Babayevin üzərində zorakılıq əlamətləri (döş nahiyəsində odlu silahla yetirilməyə xarakterik) olan meyiti tapılıb. DİN-dən verilən məlumata görə,  Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerilisi, əvvəllər məhkum olunmuş Pərviz İsmayılov tutulub. Ondan "Makarov" markalı tapança götürülüb.

Astara sakinində saxta dollar götürülüb

29 Dekabr 2016 16:15

 Astara sakinində saxta dollar aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi və Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də 2-cı Şıxlı kəndi ərazisində Astara şəhər sakini Kainat İsmayılovdan saxta 2000 ABŞ dolları götürülüb.

Qətlin üstü bir ildən sonra açıldı

29 Dekabr 2016 16:13

2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxmış və geri qayıtmamışdır. DİN-dən verilən məlumata görə, araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilmişdir. E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilmişdir. R.Cavadovun tutulması üçün tədbirlər görülür. Salyan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Şəmsəddin Əliyev yenidən sədr seçildi

29 Dekabr 2016 16:12

 “Polisə Dəstək” İB növbədənkənar ümumi yığıncağını keçirib. Birlikdən “Olaylar”a verilən məlumata görə, yığıncaqda 2016-cı il ərzində görülən işlərə yekun vurulub, sədrin hesabatı dinlənilib. Sonra ümumi yığıncağın qərarı ilə Şəmsəddin Əliyev yenidən birliyin sədri seçilib. İdarə heyətinin yeni tərkibi və MTK-nın üzvləri də yenilənib, bu barədə Ədliyyə Nazirliyinə məlumat verilib.

Nəsimi RİH aztəminatlı ailələrə sovqat payladı

29 Dekabr 2016 16:11

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Dünya Azərbaycalıların Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə rayonda yaşayan imkansız ailələrə bayram sovqatlarının paylanması təşkil olunub. “Olaylar” xəbər verir ki, mərasimdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının I müavini Yavər Allahverdiyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Bayram ilə əlaqədar Nəsimi rayonunda yaşayan aztəminatlı ailələrə, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1000-dən çox ailəyə bayram payları təqdim edilib. Tədbirdə çıxış edən rayon sakinləri Yeni il bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. 

Yeni dayanacaq məntəqələri yaradılır

29 Dekabr 2016 16:10

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində yeni dayanacaq məntəqələrinin və nişanlarının qoyulması, yol kənarında sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa daxil olması üçün ciblərin yaradılması istiqamətində işlərini davam etdirir. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, növbəti belə dayancaq cibi Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Azəravtoyol” ASC tərəfindən inşaa edilən yerüstü piyada keçidinin yanında salınıb. Bununlada  həmin ərazidə sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacaq məntəqəsinə rahat giriş-çıxışı təmin ediləcək.  

Zakir Həsənov: “Dövlət Bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracaqsınız”

29 Dekabr 2016 16:09

Müdafiə naziri Zakir Həsənov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, təbrikdə qeyd edilir ki, ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində respublikamız hərtərəfli inkişaf edərək qabaqcıl ölkələr sırasında layiqli yerini tutub, bütün soydaşlarımızın qürur mənbəyinə, ümid yerinə çevrilib, dünya azərbaycanlılarının həmrəyliyi təmin olunub.

Azərbaycan İspaniyada təbliğ edilib

29 Dekabr 2016 16:06

Dünya Azərbaycanlıları Assambleyası İspaniya təmsilçiləri ölkənin Santiago de Compostela Universitetində Beynəlxalq Gün tədbiri çərçivəsində 19 ölkənin , yüzlərlə insanın qatıldığı tədbirdə Azərbaycan milli mətbəxini, mədəniyyət incilərini dünyanın müxtəlif ölkələrindən gələn gənclərə təqdim ediblər.

Cəzaçəkmə müəssisələrində təbliğat işi gücləndiriləcək

29 Dekabr 2016 16:05

Cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair “Tədbirlər Planı” təsdiq edilib.

ARDNF-in əməkdaşları sığortalanıb

29 Dekabr 2016 16:04

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortasını həyata keçirəcək sığortaçını müəyyən edib. “OLAYLAR”-ın xəbərinə görə, ““AtaSığorta” şirkəti ARDNF-in əməkdalarının könüllü tibbi sığortası üzrə sığortaçı seçilib. Dekabrın 23-də şirkətlə sığorta xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanıb. Qeyd edək ki, “AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir.

Yeni inkişaf strategiyasının mərkəzində də insan amili dayanır

29 Dekabr 2016 16:02

«Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ölkə iqtisadiyyatının və əhalinin sosial rifahının yüksəlməsinə xidmət edəcək böyük bir layihədir. Strateji yol xəritələri qeyri-neft sektorunun inkişafına xidmət edəcək». “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

29 Dekabr 2016 16:00

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Təhsil ocağının mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov həmrəylik gününün əhəmiyyətini diqqətə çatdırıb. Rektor əvəzi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və digər ayrı-ayrı ölkələrdə geniş qeyd olunduğunu bildirib.

Məktəbdənkənar müəssisənin əməkdaşları Çexiyada səfərdə olublar

29 Dekabr 2016 16:00

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları Çexiya Respublikasında işgüzar səfərdə olublar. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyi, Çexiyanın Azərbaycandakı səfirliyi və Almaniya Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən təşkil olunan səfərdə mərkəzin direktoru Firuzə Sultan-zadə, metodistlər və dərnək rəhbərləri iştirak edib. Səfər müasir tələblərə uyğun bilik və bacarıqların artırılması və Çexiya Respublikasının məktəbdənkənar təhsil müəssələrinin işi ilə tanışlıq məqsədi daşıyıb. Səfər zamanı mərkəzin əməkdaşları Praqa, Brno və Plzen şəhərlərinin tanınmış ekoloji və turizm təhsil təşkilatlarının rəhbərləri ilə görüşüb,  texnoloji mərkəzləri ziyarət ediblər. Bir sıra ekoloji təşkilatların təhsil sahəsindəki proqramlar və dərs vəsaitləri ilə tanış olub, bu proqramların Azərbaycanın məktəbdənkənar təhsilində tətbiq olunması barədə müzakirələr aparıblar.

"Yeni il hədiyyələrinin təhlükəsizliyinə məsuliyyət daşımırıq"

29 Dekabr 2016 15:58

Azərbaycanda Yeni il münasibətilə uşaqlar üçün satılan hədiyyələrin təhlükəsizliyi ilə bağlı məlumat verə bilmərik. Çünki Gigiyena və Epidemiologiya Mərkəzinin həmin məhsulları yoxlamağa icazəsi yoxdur. Bunu açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.