Nəsimi RİH aztəminatlı ailələrə sovqat payladı
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Dünya Azərbaycalıların Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə rayonda yaşayan imkansız ailələrə bayram sovqatlarının paylanması təşkil olunub. “Olaylar” xəbər verir ki, mərasimdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının I müavini Yavər Allahverdiyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Bayram ilə əlaqədar Nəsimi rayonunda yaşayan aztəminatlı ailələrə, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1000-dən çox ailəyə bayram payları təqdim edilib. Tədbirdə çıxış edən rayon sakinləri Yeni il bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
29 Dekabr 2016 16:11 SosialNəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Dünya Azərbaycalıların Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə rayonda yaşayan imkansız ailələrə bayram sovqatlarının paylanması təşkil olunub. "Olaylar" xəbər verir ki, mərasimdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının I müavini Yavər Allahverdiyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Bayram ilə əlaqədar Nəsimi rayonunda yaşayan aztəminatlı ailələrə, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə - ümumilikdə 1000-dən çox ailəyə bayram payları təqdim edilib. Tədbirdə çıxış edən rayon sakinləri Yeni il bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.