Yeni dayanacaq məntəqələri yaradılır
Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində yeni dayanacaq məntəqələrinin və nişanlarının qoyulması, yol kənarında sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa daxil olması üçün ciblərin yaradılması istiqamətində işlərini davam etdirir. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, növbəti belə dayancaq cibi Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Azəravtoyol” ASC tərəfindən inşaa edilən yerüstü piyada keçidinin yanında salınıb. Bununlada həmin ərazidə sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacaq məntəqəsinə rahat giriş-çıxışı təmin ediləcək.
29 Dekabr 2016 16:10 SosialBakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində yeni dayanacaq məntəqələrinin və nişanlarının qoyulması, yol kənarında sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa daxil olması üçün ciblərin yaradılması istiqamətində işlərini davam etdirir. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, növbəti belə dayancaq cibi Zabrat-Maştağa avtomobil yolunun "Sabunçu körpüsü"ndən düşən hissəsində Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə "Azəravtoyol" ASC tərəfindən inşaa edilən yerüstü piyada keçidinin yanında salınıb. Bununlada həmin ərazidə sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacaq məntəqəsinə rahat giriş-çıxışı təmin ediləcək.