Azərbaycan İspaniyada təbliğ edilib

Dünya Azərbaycanlıları Assambleyası İspaniya təmsilçiləri ölkənin Santiago de Compostela Universitetində Beynəlxalq Gün tədbiri çərçivəsində 19 ölkənin , yüzlərlə insanın qatıldığı tədbirdə Azərbaycan milli mətbəxini, mədəniyyət incilərini dünyanın müxtəlif ölkələrindən gələn gənclərə təqdim ediblər.

Dünya Azərbaycanlıları Assambleyası İspaniya təmsilçiləri ölkənin Santiago de Compostela Universitetində Beynəlxalq Gün tədbiri çərçivəsində 19 ölkənin , yüzlərlə insanın qatıldığı tədbirdə Azərbaycan milli mətbəxini, mədəniyyət incilərini dünyanın müxtəlif ölkələrindən gələn gənclərə təqdim ediblər. "OLAYLAR"-ın Assambleyaya istinadən verdiyi xəbərə görə, DAA İspaniya təmsilçiləri Kəmalə Bədəlova, Şahanə Hüseynova və Cahangir Abdullayevin yüksək fəallığı ilə hazırlanan Azərbaycan guşəsi barədə  və ölkəmiz haqqında İspaniyada nəşr olunan "el Correo Gallego"  qəzetində məqalə çap edilib. Məqalədə Azərbaycanın SSR-i dağıldıqdan sonra suveren ölkə olaraq atdığı atdımlar, milli mətbəxi və mədəniyyəti haqqında geniş məlumat verilib. İspanlar və tədbirdə iştirak edən digər xalqlar Azərbaycanın zəngin mədəniyyəti ilə tanışlıqdan sonra xeyli təəccüblənib, ölkəmiz haqqında müsbət fikirlər səsləndiriblər. Tədbirdə iştirak edən qonqlar Azərbaycan haqqında çox az məlumata sahib olduqlrını ancaq bundan sonra bu ölkə ilə sıx sıx maraqlanacaqlarını bildirib , hazırlanmış olan milli mətbəxə görə Azərbaycanla bağlı maraq göstərənlərə diqqətli yanaşıb məlumat verdikləri üçün təşəkkür ediblər.  DAA İspaniya təmsilçisi Kəmalə Bədəlovanın verdiyi məlumata görə tədbir yerli İspan telekanallarında yayımlndı və burada da həmvətənlilərimiz çıxış edərək ölkəmizlə bağlı məlumt veriblər. İspaniyada nəşr olunan qəzetdə ölkəmizlə bağlı məqalə İspan oxucullarının da geniş marağına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31