Qətlin üstü bir ildən sonra açıldı
2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxmış və geri qayıtmamışdır. DİN-dən verilən məlumata görə, araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilmişdir. E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilmişdir. R.Cavadovun tutulması üçün tədbirlər görülür. Salyan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
29 Dekabr 2016 16:13 Kriminal2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxmış və geri qayıtmamışdır. DİN-dən verilən məlumata görə, araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilmişdir. E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilmişdir. R.Cavadovun tutulması üçün tədbirlər görülür. Salyan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.