Şəmsəddin Əliyev yenidən sədr seçildi
“Polisə Dəstək” İB növbədənkənar ümumi yığıncağını keçirib. Birlikdən “Olaylar”a verilən məlumata görə, yığıncaqda 2016-cı il ərzində görülən işlərə yekun vurulub, sədrin hesabatı dinlənilib. Sonra ümumi yığıncağın qərarı ilə Şəmsəddin Əliyev yenidən birliyin sədri seçilib. İdarə heyətinin yeni tərkibi və MTK-nın üzvləri də yenilənib, bu barədə Ədliyyə Nazirliyinə məlumat verilib.
29 Dekabr 2016 16:12 Sosial"Polisə Dəstək" İB növbədənkənar ümumi yığıncağını keçirib. Birlikdən "Olaylar"a verilən məlumata görə, yığıncaqda 2016-cı il ərzində görülən işlərə yekun vurulub, sədrin hesabatı dinlənilib. Sonra ümumi yığıncağın qərarı ilə Şəmsəddin Əliyev yenidən birliyin sədri seçilib. İdarə heyətinin yeni tərkibi və MTK-nın üzvləri də yenilənib, bu barədə Ədliyyə Nazirliyinə məlumat verilib. 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam həmrəyliyiidman oyunlarında iştirak edəcək "Polisə Dəstək"İB-nin gənc könüllülərin siyahısı diqqətə çatdırılıb. Yığıncaq iştirakçıları təşkilatın cinayətkarlıqla mübarizənin həyata keçirilməsi sahəsində əhalinin maarifləndirilməsi missiyasını qənaətbəxş hesab edib. Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə hazırlanmış "Terrorizm-XXI əsrin müharibəsi", "İnsan alverinə qarşı mübarizə"nin istiqamətlərini əks etdirən iki kitabça çap edilib vətəndaşlara paylanılıb. 20-dən çox akademik məqalələr KİV-də dərc edilib, daha çox, "Strategiya.az; Azinforum.az: Moderator.az; Sputnik.az informasiya portalları- saytlarında, habelə, "Olaylar", "Bakı Xəbər", "Mövqe", "Hürriyyət" qəzetlərində dərc edilən maarifləndirici yazılar minlərlə oxucu tərəfindən bu gün də oxunmaqda davam edir. Nəzəri-praktik məqalələr daha çox "Strategiya.az," "Moderator.az", "Olaylar" və "Azinforum.az" media portallarında oxunmaqla bərabər, digər saytlarda da dərc edildiyindən, maarifləndirmənin əsas vasitələrindən biri kimi qəbul etmək olar.