Ermənistanın suverenliyinə son qoyuldu

Rusiya Prezidenti Vladimir Putin Rusiya və Ermənistan arasında vahid hava hücumundan müdafiə regional sisteminin yaradılması haqqında müqaviləni təsdiq edib. Bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, Rusiya və Ermənistan arasında vahid raketdən müdafiə sisteminin yaradılması haqqında müqavilə 2015-ci ilin dekabrında Moskvada imzalanıb. Müqaviləyə əsasən, vahid sistemin koordinasiyasını Rusiya Cənub Hərbi Dairəsi həyata keçirəcək. Vahid sistemə daxil olacaq qüvvələrin təmin edilməsi üçün maliyyəni həm Rusiya, həm də Ermənistan müstəqil şəkildə ayıracaq.

Müqavilə 5 il müddətinə imzalanıb və daha 5 il avtomatik uzadıla bilər. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31