Fətullah Gülən dəli imiş? – Sənədlər

FETÖ-nun 15 iyul dövlət çevrilişini araşdıran Parlament Araşdırma Komissiyasının üzvü, AKP sədrinin müavini Səlcuq Özdağ Fətullah Gülənlə bağlı sensasiyalı məlumat paylaşıb.

FETÖ-nun 15 iyul dövlət çevrilişini araşdıran Parlament Araşdırma Komissiyasının üzvü, AKP sədrinin müavini Səlcuq Özdağ Fətullah Gülənlə bağlı sensasiyalı məlumat paylaşıb. Millət vəkili FETÖ liderinin 1976-1977-cı illərdə ruhi dispanserdə müalicə aldığını deyib:

"Gülənin həyatı müəmmalarla doludur. O, 1976-1977-cı illərdə Manisada ruhi dispanserdə müalicə alıb. Bununla bağlı Manisa Ruh və Əsəb Xəstəlikləri xəstəxanasından sənədləri tələb etdik. Lakin bu sənədlərin yoxa çıxdığı məlum oldu.

1999-cu ildə mərhum Bülənt Əcəvit ona "Hörmətli xocam, səhhətiniz üçün ABŞ-a getməyiniz lazımdır", - deyə məsləhət verib. Bundan dərhal sonra Gülən Hacəttəpə Universiteti Tibb fakultəsindən səhhəti ilə bağlı arayış aldı. Bu sənədi də xəstəxanadan istədik. O dövrə xəstəxananın baş həkimi olmuş Murad Tuncərə sorğu göndərdik. Ancaq yenə də məlumat əldə edə bilmədik. Sənədlərin yoxa çıxdığını dedilər.

Gülən martın 21-də ABŞ-a gedib. Türk Hava Yollarına (THY) məxsus təyyarənin 25 yerini satın alıb. Ancaq pilot 3 nəfərin səfər etdiyini görüb. Bunlardan biri Gülən, digər iki nəfər isə köməkçisi olub.

Gülənin səfəri ilə bağlı THY-dən sənəd tələb etdik. Ancaq bu sənədlərin də itdiyini dedilər.

Biz də sözügedən sənədlərin tapılması üçün Daxili İşlər Nazirliyinə müraciət etdik". Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31