Masallıda fermerlər üçün seminar keçirilib

 Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Masallı rayonunda fermerlər üçün “Heyvan xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzusun- da elmi-praktiki seminar keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, məqsəd bu sahədə alim və mütəxəssislər tərəfindən fermer-sahibkarlara yeni bilgilərin verilməsi olub.Seminarda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları “Quşların infeksion xəstəlikləri və onlara qarşı aparılan profilaktik tədbirlər”, “Heyvanların və quşların parazitar xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzularında aparılan elmi tədqiqat, praktiki işlər və təsərrüfatlara köməklikləri barədə ətraflı məlumatlar verib. Seminarda Dövlət Xidmətinin əməkdaşları aqrar sahədə informasiya-məsləhət xidmətinin rolu barədə fermerləri məlumatlandırıb. Seminardan sonra iştirakçılar Masallı rayon heyvandarlıq kompleksində olublar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Masallı rayonunda fermerlər üçün "Heyvan xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri" mövzusun- da elmi-praktiki seminar keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, məqsəd bu sahədə alim və mütəxəssislər tərəfindən fermer-sahibkarlara yeni bilgilərin verilməsi olub.Seminarda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları "Quşların infeksion xəstəlikləri və onlara qarşı aparılan profilaktik tədbirlər", "Heyvanların və quşların parazitar xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri" mövzularında aparılan elmi tədqiqat, praktiki işlər və təsərrüfatlara köməklikləri barədə ətraflı məlumatlar verib. Seminarda Dövlət Xidmətinin əməkdaşları aqrar sahədə informasiya-məsləhət xidmətinin rolu barədə fermerləri məlumatlandırıb. Seminardan sonra iştirakçılar Masallı rayon heyvandarlıq kompleksində olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31