Murat Boz Bakıya gəlir

Milli və xarici  filmlərin  qala-gecələrinin   nömrə № 1 məkanı olan  Nizami Kino Mərkəzi Af Media şirkəti ilə birgə, növbəti film təqdimatı ilə yenidən gündəmdədi.

Belə ki, yanvarın   05 -də  Türkiyənin  məşhur müğənnisi və artıq ikinci filmlə  aktyor kimi özünü sınayan  Murat Boz, çəkildiyi  "Dönərsə  sənindir " filminin digər baş qəhrəmanları ilə birgə Nizami Kino Mərkəzində keçiriləcək  qala - gecəsinə qatılmaq üçün Bakıya gələcəklər.

Erol Ozlevin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman  Mehmet uzun illərdi ki, Selin adlı qıza  dəlilər kimi aşiqdi. Selin isə mahnı yazdırıb musiqi və səsyazma  şırkətlərinə göndərərək  müğənni olmaq xəyalı  quran qadındı. Bir gün onun arzusu gerçəkləşir. O, şirkətlərin birindən dəvət alır. Bu məqamda, Mehmetin ona tam dəstəy olmasına ramən onlar ayrılırlar. Ayrılığı qəbul etmək istəməyən Mehmet, Selini yenidən qazanmaq üçün çətin amma  gülməli vəziyyətlərə düşür...

Film TAFF kinostudiyasının məhsuludu.

Qala -gecəsində  filmin  baş qəhrəmanlarını canlandıran aktrisalar  Yasemin Allen ve İrem Sakın da qatılacaqlar.

Filmi izlədikdən sonra, qonaqlar  media üçün mətbuat konfransı keçirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31