İŞİD-in əsas komandirlərindən biri öldürüldü

Suriyada Koalisiyanın hava zərbələri zamanı İŞİD-in əsas komandirlərindən biri məhv edilib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Agentliyin sözçüsü bildirib ki, İŞİD terror qruplaşmasının komandiri Əbu Candal əl-Kuveyti Suriyanın Rakka şəhərindən 40 kilometr aralıda yerləşən Fərat çayının yaxınlığında öldürülüb. Agentliyin məlumatına görə, o, bu şəhərdə qruplaşmanın əsas komandirlərindən biri idi.

Qeyd edək ki, Rakka şəhəri İŞİD-in Suriyadakı "paytaxtı" sayılır. 300 min əhalisi olan şəhər İŞİD tərəfindən 2013-cü ildə zəbt edilib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31