341 xarici gəmidə uyğunsuzluq aşkar edilib

2016-ci ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 132 gəmidə və xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidə nəzarət yoxlaması həyata keçirilib. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidən 26-sı Rusiya Federasiyasına, 19-u İran İslam Respublikasına, 4-ü Qazaxıstan Respublikasına və 11-i Türkmənistan Respublikasına məxsus olub. Xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə ümumilikdə 341 uyğunsuzluq halı aşkar edilib.

2016-ci ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 132 gəmidə və xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidə nəzarət yoxlaması həyata keçirilib. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidən 26-sı Rusiya Federasiyasına, 19-u İran İslam Respublikasına, 4-ü Qazaxıstan Respublikasına və 11-i Türkmənistan Respublikasına məxsus olub. Xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə ümumilikdə 341 uyğunsuzluq halı aşkar edilib. Qeyd edilən uyğunsuzluqlardan 273-ü "Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya"nın (SOLAS), 15-i "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya"nın (MARPOL), 32-si "Dənizdə Əməyə dair Konvensiyası"nın (MLC), 10-u "Yük nişanı haqqında Beynəlxalq Konvensiya"nın (ICLL), 7-si "Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya"nın (COLREG) və 4-ü digər beynəlxalq konvensiyaların tələblərinin pozulması ilə əlaqədar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31