Avtomobil yolu keçən qızı vurub
Dekabrın 27-də Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, yolu keçmək istəyən piyadanı avtomobil vurub. Hadisə Sabunçu rayonu şəhər sossesində qeydə alınıb. Yolu keçmək istəyən Fərzəliyeva Zülfiyyə Ramiz qızını Vaz 2106 markalı avtomobil vurub. Hadisədən sonra sürücü özü yaralını xəstəxanaya gətirib. Həkimlər ona tibbi yardım göstərib. Zülfiyyə Fərzəliyevanın həyatı üçün təhlükə olmadığı bildirilib. Polis əməkdaşları sürücünün ifadəsini alıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar avtotexniki ekspertiza təyin olunub. Ekspertlərin rəyindən sonra sürücünün əməlinə hüquqi qiymət veriləcək.
28 Dekabr 2016 17:42 KriminalDekabrın 27-də Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, yolu keçmək istəyən piyadanı avtomobil vurub. Hadisə Sabunçu rayonu şəhər sossesində qeydə alınıb. Yolu keçmək istəyən Fərzəliyeva Zülfiyyə Ramiz qızını Vaz 2106 markalı avtomobil vurub. Hadisədən sonra sürücü özü yaralını xəstəxanaya gətirib. Həkimlər ona tibbi yardım göstərib. Zülfiyyə Fərzəliyevanın həyatı üçün təhlükə olmadığı bildirilib. Polis əməkdaşları sürücünün ifadəsini alıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar avtotexniki ekspertiza təyin olunub. Ekspertlərin rəyindən sonra sürücünün əməlinə hüquqi qiymət veriləcək.