27 gəmiyə “Mülkiyyət hüququ haqqında Şəhadətnamə” verilib
Cari ildə Dövlət Dəniz Administrasiyası tərəfindən “Gəmi və liman vasitələrinin mühafizəsinə dair” Beynəlxalq Məcəllənin (ISPS Code) tələblərinə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 30 gəmidə yeniləmə və 27 gəmidə ilkin yoxlama keçirilib və bu gəmilərə “gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında” Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnamə” verilib. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 13 gəmidə ara yoxlaması keçirilib.
28 Dekabr 2016 17:50 SosialCari ildə Dövlət Dəniz Administrasiyası tərəfindən "Gəmi və liman vasitələrinin mühafizəsinə dair" Beynəlxalq Məcəllənin (ISPS Code) tələblərinə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 30 gəmidə yeniləmə və 27 gəmidə ilkin yoxlama keçirilib və bu gəmilərə "gəminin "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında" Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnamə" verilib. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 13 gəmidə ara yoxlaması keçirilib. Həmçinin, 2016-cı il ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən 95 gəmiyə "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə", 27 gəmiyə "Mülkiyyət hüququ haqqında Şəhadətnamə", 96 gəmiyə "Minimum heyət tərkibi haqqında Şəhadətnamə", 38 gəmiyə "Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında Şəhadətnamə", 16 gəmiyə "gəminin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə", 146 gəmiyə "Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat", 10 gəmiyə "Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən və Berbout-çarter reyestrindən çıxarış", 22 gəmiyə "Gəmi tarixinin fasiləsiz qeydlər sənədi" və 3 gəmiçilik şirkətinə "Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə verilib.