Terror aktı planlaşdıran şəxs saxlanılıb
Fransada Yeni il ərəfəsində terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Tutulan şəxsin ölkənin cənub-qərbində terror aktı planlaşdırdığı məlum olub.
28 Dekabr 2016 17:04 DünyaFransada Yeni il ərəfəsində terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Tutulan şəxsin ölkənin cənub-qərbində terror aktı planlaşdırdığı məlum olub. Tuluza şəhərində isə polis məntəqəsinə hücum etmək istəyən vətəndaş saxlanılıb.
Qeyd edək ki, Fransa, Böyük Britaniya və Almaniya polisi Berlindəki terror aktından sonra böyük şəhərlərdə insanların sıx toplaşdığı ərazilərdə keşik çəkən əməkdaşlarının sayını artırıb. Bu barədə APA "Reuters"ə istinadən məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31