“İran Ermənistan üçün narahatdır” – Deputat
Ermənistan və İran münasibətləri uzun müddətdir ki, davam edir. İqtisadiyyat və enerji sahəsində Ermənistana ən çox dəstək verən dövlət İrandır. Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə Ermənistanın İranla azad iqtisadi zona yaratmaq istəyini şərh edərkən deyib. Deputat bildirib ki, İran Ermənistana bir çox sahələrdə dəstək verir: “Hesab edirəm ki, bu Azərbaycanda artıq hamıya bəlli olan bir məqamdır. İran Ermənistan üçün narahatdır və ona görə də onu bütün sahələrdə dəstəkləməyə çalışır”. A. Mollazadənin fikrincə, azad iqtisadi zonanın yaradılması Ermənistan-İran qardaşlığının yeni bir təzahürüdür.
28 Dekabr 2016 16:49 SiyasətErmənistan və İran münasibətləri uzun müddətdir ki, davam edir. İqtisadiyyat və enerji sahəsində Ermənistana ən çox dəstək verən dövlət İrandır. Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə Ermənistanın İranla azad iqtisadi zona yaratmaq istəyini şərh edərkən deyib. Deputat bildirib ki, İran Ermənistana bir çox sahələrdə dəstək verir: "Hesab edirəm ki, bu Azərbaycanda artıq hamıya bəlli olan bir məqamdır. İran Ermənistan üçün narahatdır və ona görə də onu bütün sahələrdə dəstəkləməyə çalışır". A. Mollazadənin fikrincə, azad iqtisadi zonanın yaradılması Ermənistan-İran qardaşlığının yeni bir təzahürüdür.
Qeyd edək ki, bu gün Ermənistanın iqtisadi inkişaf naziri Suren Karayan ölkəsinin gələn ilin aprelinə qədər İranla azad iqtisadi zona yaratmaq fikrində olduğunu deyib. Azadinform.az