Vergilər Nazirliyi işçi axtarır

Vergilər Nazirliyi ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant vəzifələrə işə qəbul üzrə müsabiqə elan edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, müsabiqədə, bir qayda olaraq, hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar qəbul edilirlər.

Vergilər Nazirliyi ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant vəzifələrə işə qəbul üzrə müsabiqə elan edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, müsabiqədə, bir qayda olaraq, hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar qəbul edilirlər. Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 05.01.2017-ci il tarixdən 18.01.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə iş nömrəsi verilir. Namizəd sənədləri qəbul edildikdən beş gün ərzində verilmiş iş nömrəsi əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31