Medvedev Azərbaycanla turizm sahəsində əməkdaşlıq sazişini təsdiq edib

Rusiyanın Baş naziri Dmitri Medvedev turizm sahəsində əməkdaşlıq barədə Rusiya və Azərbaycan hökumətləri arasında sazişi təsdiq edib. Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Rusiyanın Baş naziri Dmitri Medvedev turizm sahəsində əməkdaşlıq barədə Rusiya və Azərbaycan hökumətləri arasında sazişi təsdiq edib.  Bununla bağlı Rusiya baş naziri müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Rusiyanın Mədəniyyət Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanla danışıqlar aparmaq və razılıq əldə olunacağı təqdirdə Rusiya Nazirlər Kabineti adından sazişi imzalamaq tapşırılır. Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31