Əqli oğurluq, erməniləşdirmə və süni surətdə erməni qədimləşdirməsi
Tarixən özgə mədəniyyəti, folkloru və adət-ənənlərinin oğurluğu ilə məşğul olan ermənilər hələ də bu iddiadan çəkinmək niyyətində olmadıqlarını nümayiş etdirilər. Xəbis xislətlərini büruzə verərək xam xəyala düşən ermənilər az qala dünyaya sübut etməyə çalışırlar ki, bəşəri mədəniyyətin kökündə “erməni mədəniyyəti” dayanır. Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, məntiqə sığışmayan aşağıdakı uydurmalar da heç kəsə gülməli gəlməsin
28 Dekabr 2016 14:55 SosialErmənilər "Dədə Qorqud" və "Möminə Xatun" abidələrini də özününküləşdirmək istəyir
Tarixən özgə mədəniyyəti, folkloru və adət-ənənlərinin oğurluğu ilə məşğul olan ermənilər hələ də bu iddiadan çəkinmək niyyətində olmadıqlarını nümayiş etdirilər. Xəbis xislətlərini büruzə verərək xam xəyala düşən ermənilər az qala dünyaya sübut etməyə çalışırlar ki, bəşəri mədəniyyətin kökündə "erməni mədəniyyəti" dayanır. Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, məntiqə sığışmayan aşağıdakı uydurmalar da heç kəsə gülməli gəlməsin: Bunlar da erməni oğurluğunun və plagiatının ana xəttini təşkil edir: Azıx, Qobustan, Qəmiqaya - bu adlar Azərbaycanın müxtəlif regionlarına: Qarabağ, Şirvan, Naxçıvana aid qədim mədəniyyətimizin parlaq nümunələridir. Məsələn, Qəmiqayadakı daş təsvirləri qədim Naxçıvanda (e.ə. IV-I minilliklərdə) yaşayan azərbaycanlıların, bizim türk köklü ulu babalarımızın həyat tərzini, məşğuliyyətini, məişətini, dini və kosmoloji görüşlərini, totemlərini, mənəvi mədəniyyətini əks edən təsvirlərdir. Bunlar Qobustan təsvirlərinə (15-10 minilliklər e.ə.) habelə işğal altında olan Kəlbəcər qaya rəsmlərinə uyğundur. Bütün bunlar bizim maddi və qeyri-maddi mədəni irsimizin inciləridir. Lakin, Ayvazyan Rusiya mətbu orqanlarında bunların ermənilərə məxsus olmasını çox canfəşanlıqla isbat eləməyə çalışır. Yeganə "sübutu" isə ondan ibarətdir ki, erməni xalqı qədim xalqdır və yalnız hayklar bunları yaratmağa qadirdirlər, Qəmiqaya Nuh gəmisinin təsviri kimi yalnız ermənilərin ola bilər. Azıx mağarasında ibtidai insan - "azıxantrop"un kəşf edilməsi, qədim mədəniyyətin bəşəriyyətə çatdırılması erməniləri sakit qoymur. Mkrtiçan adlı şəxs bütün bunları erməni mədəniyyətinin kökləri elan edir, "sübutu" isə ondan ibarətdir ki, erməni dilində "urş üzüm" "azox" kimi səslənir və bu səbəbdən də ibtidai insan "azıxantrop" deyil, "azoxantrop" (yaxşı ki, "hayktrop" deyil) adlandırılmalıdır. "Dədə Qorqud" abidəsi bizim nadir eposumuzdur və bütün dünya bir neçə il əvvəl ümummilli liderimiz H. Əliyevin təşəbbüsü ilə onun 1300 illiyini təntənəli surətdə qeyd etdi. Yunanlar Homer poemalarını yunan eposunun inciləri kimi, almanlar "Nibelunqlar haqqında mahnı"nı, fransızlar "Roland haqqında mahnı"nı, ruslar "Bılinaları"nı qoruduğu kimi, biz də "Dədə Qorqud"u xalqımızın qəhrəmanlıq abidəsi kimi əsrlərdən-əsrlərə keçirib bu günki nəsillərə çatdırmışıq. Lakin ermənilər heç bir sübut və dəlil gətirmədən jurnallarda bu şah əsərimizin - "Dədə Qorqud"un erməni təəssuratı altında yazılması kimi fitnəkar mülahizələrini dərc etdirirlər və onun bir hissəsinə öz müəlliflik möhürlərini vurmaq istəyirlər. Hələ bu azmış kimi, Eldəniz hökmüdarlarının sifarişi ilə məşhur memarımız Əcəminin yaratdığı "Mömine Xatun" abidəsini də ermələşdirirlər. Sən demə, Xaçaturyan adlı birisi "kəşf" edib ki, bu xatirə kompleksində "erməni memarlıq üslubu" hiss olunur. Bu, deyilənlər, yalnız bir neçə faktlardır, lakin bunların arxasında "məharətlə" işlənmiş prinsiplərə və üsullara söykənən məqsədlər durur. Əsas məqsəd isə ermənilərin ərazi iddiaları, xüsusən Azərbaycana olan ərazi iddialarıdır. Bunun üçün isə ilk növbədə bu torpaqların sahibi olan xalqın mədəniyyətinə, maddi və qeyri-maddi irsinə "sahib çıxmaq" lazımdır. Odur ki, ermənilərin saxtalaşdırma, kontafaksiya və mənimsəmə niyyətləri yalnız erməniləşdirmə xəttini güdür. Onlar ilkin mərhələdə Azərbaycan torpaqlarında məskunlaşır, sonrakı mərhələdə bu torpaqları özününkü elan etmək üçün mədəniyyətimizə göz dikir, imkan daxilində onu öyrənir və geniş istifadə edir, daha sonrakı mərhələdə isə mənimsəyir və nəhayət, onları özünün milli mədəniyyət nümunələri elan edilir. Təbiidir ki, bu "proqram" həyata keçirilərkən ən çox saxtalaşdırılan bizim folklorumuzdur. Ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün bir sıra ənənəvi üsullar və prosedurlar işlədirlər: intellektual fırıldaqçılıq və plagiatlıq bir coğrafi ərazidə yaşayan qonşu xalqların mədəni ənənələrinin yaxınlığı ilə izah edilir; birbaşa intellektual piratçılıq metodları ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə məxsus nümunələr erməni mədəni mülkiyyəti adı altında tirajlanır və yayılır; Azərbaycanın ədəbi folklor nümunələri və digər əsərlər erməni transkripsiyasına çevrilir, maddi daşıyıcılara köçürülür və saxlanmaq üçün fond və arxivlərə veriləndən sonra, oradan "qədim erməni əsərləri" kimi çıxarılır və daha çox xarıcı dillərə tərcümə edilərək yayılır. Bir sözlə əqli oğurluq, erməniləşdirmə və süni surətdə erməni qədimləşdirməsi. Azərbaycan folkloru əsərlərindəki süni surətdə erməniləşdirilmiş personajlara həsr olunmuş "ədqiqat əsərləri" nəşr olunur və "elmi işlərdə" erməni şəklinə salınmış bu və ya digər Azərbaycan mədəniyyət nümunəsinin erməni mənşəyinin və ya ona ən azı erməni təsirinin sübut olunması üçün saxta dəlillər yapışdırılır və sair. Nəticədə folklor nümunələrimizin və müəllif əsərlərimizin qeyri-qanuni istifadəsi, saxtalaşdırılması və qarət edilməsi halları geniş vüsat alaraq nəşr olunur, fonoqram və videoyazılarda istehsal olunur, media şəbəkəsində, o cümlədən internetdə geniş yayılır. Beləliklə, bu "informasiya mübarizəsində" ermənilər beynəlxalq ictimaiyyətin rəyini çirkin niyyətlərinə istiqamətləndirməyə çalışırlar. Uzun illər folklordan istifadə zamanı bu nümunələrə münasibətdə qeyri-qanuni hərəkətlər, onların təhrif edilməsi, mənimsənilməsi və mənbəyi olmayan xalqın nümunəsi kimi göstərilməsi faktları mövcud olmuşdur. Son iki yüz ildə Azərbaycan folklorunun ermənilər tərəfindən qarət və talanlara məruz qalması, xüsusən Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ermənilərin bu sahədə öz fəaliyyətlərini gücləndirməsi bizi, təbii ki, narahat edir. Çünki mədəniyyətimizin qorunmasını biz heç vaxt unutmamalıyıq və unutmuruq. Axı mədəniyyət hər şeyi unudandan sonra yeganə qalandır. Ermənilərin intellektual oğurluğunun son illərdə güclənməsinin bir səbəbinə də nəzər salaq. Bir tərəfdən YUNESKO "Qeyri-maddi mədəni irsin qorunub saxlanması haqqında" Konvensiya qəbul edib və beləliklə, burada folklor nümunələrinin beynəlxalq qeydiyyat sistemi tezliklə fəaliyyətə başlayacaq. Digər tərəfdən ÜƏMT-nin "Folklor nümunələrinin qeyri-qanuni istifadəsinə və digər zərərli hərəkətlərə qarşı" beynəlxalq Konvensiyanın hələlik qəbul edilməməsi, lakin yaxınlarda qəbul ediləcəyi erməni saxtakarlarını tələsməyə məcbur edir. Beynəlxalq ictimaiyyətin folklor nümunələrinin qorunması və saxlanılması məqsədlərinə diqqətinin artdığı bir şəraitdə və bununla birlikdə bu sahədə məsələləri tənzimləyən beynəlxalq hüquqi qorunma alətinin olmadığından istifadə edərək, erməni tərəfi bütün mümkün üsullarla Azərbaycan mədəni irsinin nümunələrini, o cümlədən folklor janrına məxsus əsərləri özününkü kimi qeydə almağa və yaymağa çalışır. Müstəqilliyimizin bərpa olunmasından sonra Erməni fitnəkarlıqlarının güclənməsi təbiidir: yalanı quraşdıran həqiqəti söyləməz, bir yalan isə digərini doğar. Özü də ermənilərin cinayətkar saxtakarlıqlarını törədən təsadüf deyil, çirkin məqsəddir. Lakin zəmanə dəyişib: Azərbaycan hüquqi demokratik dövlət qurur, ölkəmiz günü-gündən inkişaf edir və qüdrətlənir. Ola bilsin ki, keçmişin hansısa mərhələsində mədəni irsimizi qorumağı öyrənməyimizə mane ola biliblər, lakin öyrəndiklərimizi unutdurmaq mümkün deyildir. Biz onu da unutmuruq ki, intellektual oğurluqla məşğul olanlar keçmişdə də oğurlayıblar, indi də oğurlayırlar, çox guman ki, gələcəkdə də oğurlayacaqlar. Bunlarla istər mənəvi, istərsə də hüquqi müstəvidə mübarizə sistemi qurmalıyıq. Özü də bu sahədə görülən tədbirlər preventiv, lokal xarakter daşımamalı və yalnız konkret situasiyada ermənilərin hər hansı bir qəsbkarlıq əməlinə qarşı yönəldilməməlidir. Mübarizə sisteminin əsasını "Folklor nümunələrinin hüquqi qorunması haqqında" yeni Qanun və cənab Prezident İlham Əliyevin imzaladığı Qanunun tədbiqi ilə bağlı Fərman təşkil edir. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətlər Respublika Müəllif Hüquqları Agentliyinə müvafiq icra hakimiyyəti orqanı kimi folklor nümunələrinin müdafiəsi sahəsində hüquqi və inzibati çərçivədə hərəkət etməyə imkan verir. Qanunda göstərildiyi kimi bu səlahiyyətlər bizə beynəlxalq təşkilatlarda folklorun qorunması məsələləri üzrə Azərbaycan Respublikasını təmsil etmək, beynəlxalq strukturları ermənilər tərəfindən yol verilən qanun pozuntuları barədə məlumatlandırmaq, və folklor nümunələrimizdən istifadə zamanı qanunla müəyyən edilən tələblərin pozulması hallarında dövlətin maraqlarını təmsil və müdafiə etmək imkanını yaradır. Qanunun digər bir vacib xüsusiyyəti isə ondan ibarətdir ki, Ermənistanda belə bir qanunun olmadığı bir şəraitdə və Azərbaycan müəllif-hüquq qanunvericiliyində nəzərdə tutulmuş Ermənistanın isə müəllif-hüquq qanunvericiliyində olmayan, unikal könüllü qeydiyyat sistemi kimi folklorun hüquqi qorunması haqqında Qanun da bizə beynəlxalq strukturlar qarşısında həmin Qanunla müəyyən edilmiş normaların ermənilər tərəfindən pozulması ilə bağlı məsələ qaldırmağa imkan verir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və bu gün fəliyyətdə olan əqli mülkiyyət sahəsinin qanunvericiliyi və idarəetmə sisteminin nəticəsi kimi mümkün olmuşdur. Bütün bu imkanlar və yaradılmış hüquqi mexanizmlər bizə erməniləri ifşa etmək üçün şərait yaratmışdır.
Alim