SOCAR-da İran nümayəndə heyəti ilə görüş keçirilib

Dekabrın 28-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dekabrın 28-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "OLAYLAR"-ın xəbərinə görə, Rövnəq Abdullayev Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən sıx əməkdaşlığın ildən-ilə genişləndiyini, xüsusilə neft-qaz sektoruna daxil olan qurumlar arasında əlaqələrin inkişafı üçün səylərin intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev neft sənayesi mütəxəssislərinin işgüzar münasibətlərinin vacibliyini bildirib. Azərbaycan-İran əməkdaşlığının inkişaf tempini yüksək qiymətləndirən Mahmud Vaezi iki ölkənin neft-qaz sektorunda səmərəli fəaliyyətini, bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31