ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti təhlil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin SAM Review adlı xüsusi nəşrinin növbəti sayı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinin qiymətləndirilməsinə həsr edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin SAM Review adlı xüsusi nəşrinin növbəti sayı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinin qiymətləndirilməsinə həsr edilib. "OLAYLAR"-ın xəbərinə görə, nəşr SAM-ın direktor müavini Gülşən Paşayevanın və ABŞ-ın Xarici Siyasət Şurasının baş elmi işçisi Stifen Blankın birgə tədqiqat işinin nəticəsidir. İki fəsildən ibarət olan bu nəşrdə 1992-ci ildən bu günə qədər ABŞ-ın dövlət və qeyri-hökumət qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti təhlil edilib. Nəşrin birinci fəslində müxtəlif ABŞ Administrasiyalarının və eləcə də ABŞ Konqresinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına və həllinə yönəlmiş səyləri nəzərdən keçirilmişdir. ABŞ-ın qeyri-hökumət təşkilatları, universitetləri, fondları və s. tərəfindən Dağlıq Qarabağ sülh prosesi istiqamətində həyata keçirdikləri təşəbbüsləri nəşrin ikinci fəslində öz əksini tapmışdır. ABŞ-dakı erməni diasporunun sülh prosesinə mənfi təsiri xüsusi olaraq araşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31