Türkmənistanda məmurlar və deputatlar prezidentliyə iddia edir

Türkmənistanda prezident seçkisinə qatılacaq 9 namizəd qeydiyyatdan keçib.

Türkmənistanda prezident seçkisinə qatılacaq 9 namizəd qeydiyyatdan keçib.

Namizədlərin hamısı dövlət idarələrində rəhbər vəzifələrdə işləyənlər, parlament üzvləri, bir də ölkənin hazırkı prezidenti Qurbanqulu Berdıməhəmmədovdur. Türkmənistanın Mərkəzi Seçki Komissiyası namizədlərin hamısının sertifikatla təmin olunduğunu bildirib. Prezident Berdıməhəmmədov ötən bazar televiziya ilə çıxış edərək, öz seçki proqramı haqda danışıb, sonra isə televiziyanın ona ayırdığı qalan vaxtı digər namizədlərə verdiyini deyib. Türkmənistanda prezident seçkisi fevralın 12-nə təyin olunub. ("Azadlıq" radiosu)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31