Yağmursuz havalar geri qayıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
28 Dekabr 2016 13:04 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə3-6, gündüz 7-9, Bakıdagecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz0-5 dərəcə isti olacaq.