Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Bayramı keçirilib

27 dekabr tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında (ABŞ) Səfirliyi tərəfindən Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbiri keçirilmişdir. Paytaxt Vaşinqton şəhərinin mötəbər və məşhur məkanlarından sayılan “Mayflower” hotelində təşkil edilən tədbirdə əsasən Vaşinqton və onun yaxınlığında yerləşən ştatlarda yaşayan yüzlərlə soydaşlarımız, o cümlədən ölkəmizin ABŞ-dakı diasporasının fəal üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişdir. 

27 dekabr tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında (ABŞ) Səfirliyi tərəfindən Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbiri keçirilmişdir. Paytaxt Vaşinqton şəhərinin mötəbər və məşhur məkanlarından sayılan "Mayflower" hotelində təşkil edilən tədbirdə əsasən Vaşinqton və onun yaxınlığında yerləşən ştatlarda yaşayan yüzlərlə soydaşlarımız, o cümlədən ölkəmizin ABŞ-dakı diasporasının fəal üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişdir. 

Tədbirin açılışında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov soydaşlarımızı bayram münasibətilə təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu bayramın xaricdə həmvətənlərimiz arasında birliyin təşviqi və diaspora təşkilatlarının fəaliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Həmrəylik günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı təbrikini qonaqların diqqətinə çatdırdı. Daha sonra səfir Azərbaycanın dövlətçilik tarixindən, 1918-ci ildə ölkəmizdə müsəlman dünyasında ilk demokratik dövlətin qurulmasının tarixi əhəmiyyətindən danışdı. Bu xüsusda səfir Heydər Əliyev Fondunun dəstəyi ilə eyni adlı roman əsasında çəkilən "Əli və Nino" filmini seyr etməyi soydaşlarımıza tövsiyə etdi.

Eyni zamanda, bu ilin ölkəmizin müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünün tamam olması baxımından əhəmiyyətini vurğulayan səfir Elin Süleymanov aparılan məqsədyönlü siyasət nəticəsində hazırda Azərbaycanın dünyada ciddi tərəfdaş kimi qəbul edildiyini bildirdi. Bu xüsusda, səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət tədbirləri, o cümlədən Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması, ölkənin siyasi və iqtisadi sabitliyinin təmini istiqamətində fəaliyyəti barədə danışmışdır. Həmçinin səfir bildirmişdir ki, hazırda dünyanın bir çox məkanlarında dözümsüzlüyün və radikalizmin artması meylləri müşahidə oldunduğu halda, ölkəmizin multikulturalizm modeli və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr dünyada dərin rəğbət oyatmışdır.  

Tədbirdə həmçinin Azərbaycan mətbəxinin ləziz yeməklərinin təqdimatı ilə ziyafət təşkil edilmiş və ölkəmizin xalq və müasir musiqi nömrələrinin ifasında konsert proqramı təqdim olunmuşdur. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31