“Ailə və cəmiyyət münasibətlərində gənclərin rolu”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Ailə və cəmiyyət münasibətlərində gənclərin rolu” adlı layihənin bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Ailə və cəmiyyət münasibətlərində gənclərin rolu" adlı layihənin bağlanış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nigar Aslanova layihə haqqında ətraflı məlumat verib.  Məişət zorakılığına məruz qalan gənc qadınlara dəstəyin göstərilməsi, zorakılıq hallarının qarşısının alınması və bu mövzuda maarifləndirmə işinin həyata keçirilməsini qeyd edib. Eyni zamanda mövzunun gənclər üçün maraqlı olduğunu layihə iştirakçılarına çatdırıb. Bu nöqteyi nəzərdən "Ailə və cəmiyyət münasibətlərində adlı gənclərin rolu"  adlı layihənin aktual olduğunu qeyd edib. Layihə çərçivəsində hazırlanmış "Qadına Şiddətinə Yox!" sosial çarxı da ictimaiyyətə təqdim edilmişdir. Daha sonra YAP Gənclər Birliyinin təşkilatı işlər üzrə koordinatoru Elmar Məmmədov  iştirakçıları salamlayaraq qeyd etdi ki, məişət zorakılığına məruz qalan gənc qadınlara dəstəyin göstərilməsi, zorakılıq hallarının qarşısının alınması və bu mövzuda maarifləndirmə işinin həyata keçirilməsi təqdirə layiqdir. Bu cür layihələrin  gənclər arasında və bu istiqamətdə gələcəkdə də işlərin aparılmasını tövsiyyə etdi. Daha sonra "Qadına Şiddətinə Yox!" sosial çarxında iştirak edən iştirakçılar öz fikirlərini bildirmişdilər.  Layihə iştirakçısı olan gənclərin mövzu ilə əlaqədar verdiyi suallar cavablandırılıb və tədbir ümumi müzakirə formatında davam etdirilib. Layihə ərzində əldə olunan biliklərin gələcək işlərdə tətbiq olunması iştirakçılara tövsiyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31