Paytaxtın daha bir küçəsi təmir olunur
Xətai rayonu Süleyman Vəzirov küçəsinin təmiri işlərinə start verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, məqsəd küçə ilə vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir.
28 Dekabr 2016 11:45 SosialXətai rayonu Süleyman Vəzirov küçəsinin təmiri işlərinə start verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, məqsəd küçə ilə vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir. Sözügedən küçənin uzunluğu 700 metr, eni 11 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü 2 qat olmaqla yenisi ilə əvəz olunacaq. Bundan başqa piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulacaq, mövcudları bərpa olunacaq. Səth suların yolun hərkət hissəsindən kənarlaşdırılması məqsədi ilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılacaq, yağış barmaqlıqları qoyulacaq. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq,baxış qapaqları yenilənəcək. Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan təmir işləri zamanı 8 min m2 sahənin asfaltlanması, piyada səkilərinin kənarlarına isə 1500 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub. "Azəravtoyol" ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəilişi işləri aparılacaq.